Azərbaycanın bu bölgəsində bayramda atılan papaqlara pul qoyulur

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Ta qədimlərdən Novruz bayramının biri-birindən gözəl adətləri mövcuddur. Səməni yetişdirmək, tonqaldan tullanmaq, qulaq falına çıxmaq, yumurta döyüşdürmək və s. Bu adət-ənənələrdən biri də papaq atmaqdır.

Papaq atmaq Novruzun ən maraqlı adətlərindən sayılır. Adətə görə, bayramda atılan papağı boş qaytarmazlar. Papaq müxtəlif Novruz şirniyyatları ilə doldurulub qaytarılır. Lakin ölkəmizin bəzi bölgələrində Novruz bayramında atılan papağa pay olaraq pul qoyurlar.

Lənkəran rayonunun Kənarmeşə kənd sakini Qasımova Kəmalə bayram adətləri ilə Axeber.az-ın əməkdaşı ilə həmsöhbət olub.

Onun sözlərinə görə, Lənkəranda Novruz bayramında papaq atılanda papağı pulla qaytarırlar: “Bu ənənə artıq uzun illərdir ki, var. Bəzən pulla yanaşı, şirniyyat payı qoyulsa da, çox hallarda atılan papaqların içinə sadəcə pul qoyub geri qaytarırıq. Bu məbləğ büdcəyə görə dəyişir. Bəzən 1 manat da olur və ya daha çox da ola bilir".

Astara, Nefçala, Salyan, Qax, Masallı və bir sıra başqa rayonlarda da Novruz bayramında atılan papaqların içinə bayram sovqatları ilə yanaşı, pul qoymaq kimi bir adət var.

0
498
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar