Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı

“Azərbaycan xalqının, xüsusilə öz doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin 30 ilə yaxın davam edən niskilinə, ağrısına, torpaq həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, artıq 6 aydır ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız tarixi sahibinə qovuşmasının sevincini yaşayır. Mayın 12-də 29 ildən sonra İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də 32 illik fasilədən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi.

“Açığını deyim ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılanlar arasında olmağım mənə ikiqat sevinc bəxş etdi. Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Şəhidlərimizin xatirəsinə həsr olunan «Xarıbülbül» musiqi festivalı 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərinin bir daha Şuşadan, Cıdır düzündən təqdimatı oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qalib ölkənin qalib Lideri kimi Zəfərimizlə bağlı hər bir fikri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır, torpaq, Vətən sevgisinin, milli qürurumuzun torpaqlarımızın işğaldan azad edilməsində böyük rol oynadığını böyük fəxrlə qeyd edirik.

Zəfərimizdən sonra keçirilən ilk “Xarıbülbül” musiqi festivalının Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etməsi də təsadüfi deyildi. Bu baxımdan ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır, ölkədə gedən inkişafa öz töhfələrini verirlər. 44 günlük Vətən müharibəsində bu birlik, həmrəylik bir daha özünü qabarıq şəkildə büruzə verdi”.

0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar