Azərbaycanla əlaqələrimiz əsrlərə söykənir - Səfirlik

Azərbaycanın Türkiyədəki səfirliyi iki qardaş ölkənin diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda milli kimlik, din və dil ortaqlığının təməlində dayanan Azərbaycan-Türkiyə əlaqələrinin əsrlərə söykəndiyi bildirilib.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin xatırlandığı açıqlamada diqqətə çatdırılır ki, Azərbaycanın qəhrəman övladları Çanaqqala zəfəri naminə, Qafqaz İslam Ordusunun hərbçiləri isə Azərbaycanın müstəqilliyi yolunda canlarından keçməklə iki doğma xalqın qardaşlığını daha da möhkəmləndiriblər.

Açıqlamada, həmçinin diplomatik münasibətlərimizin tarixi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, torpaqlarımızın azad edilməsi istiqamətində aparılan 44 günlük Vətən müharibəsi, Azərbaycanın haqq işinin dəstəklənməsində Türkiyənin sərgilədiyi qətiyyətli mövqe, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində imzaladıqları Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə toxunulur.

Mənbə:
0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar