“Azəriqaz”da talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə donor günlərinə başlanıldı

Fevralın 16-dan etibarən “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə donor günlərinə başlanılıb.

Axeber.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Ruslan Əliyev məlumat verib.

Onun sözlərinə görə, xeyirxah aksiya növbəti günlərdə də davam edəcək: "Bu gün özümün də iştirakı ilə 97 əməkdaşımız bu xeyirxah aksiyaya qoşulduq. Hesab edirəm ki, talassemiyadan əziyyət çəkən uşaqlara kömək etmək çox vacib məsələdir və bu işdə hər birimiz aktiv olmalıyıq".

0
420
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar