Bakıda kran aşıb, sürücüsü həyatını itirib - Ətrafdakı avtomobillərə ciddi zərər dəyib

Bu gün Paytaxtın Nərimanov rayonu ərazisində qaldırıcı kran aşıb. Bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib. Çoxmərtəbəli binanın tiktintisində istifadə olunan kranın aşması yaşayış binasına və ərazidəki avtomobillərə də zərər vurub.

Hadisə Azadlıq prospekti ilə Möhsün Sənani küçəsinin kəsişməsində baş verib. Təhüləsizlik qaydalarına düzgün riayət olunmadığından yeni tikilidə fəaliyyət göstərən qaldırıcı kran aşıb. Təəssüflər olsun ki, hadisə nəticəsində kranı idarə edən şəxs həyatını itirib. Ətrafdakı bütün maşınlara isə ciddi zərər dəyib.

Hadisə “Qarant inşaat” MMC-ə məxsus “Azadlıq bağçalı evlər” adlı yaşayış kompleksinin tikintisi zamanı olub. Hadisə şahidlərinin sözlərinə görə, işlək vəziyyətdə olan kran anidən aşıb.

Rauf Gülmalıyev – hadisə şahidi

İstirahət edirdik. 3-ə işləyən mamentdə. Bu mamanetdə gördük səs gəlir. Qalxdıq baxdıq ki, bu kran aşır. Bizdə başımızı götürdük qaçdıq. 00.40. Bir nəfər kranavşiki gördük. O da kabinbada oturmuşdu. O da yıxıldı ora

Rəşid Xanbabyev – hadisə şahidi

Evdə olmuşam, oturmuşdum gördüm ki, gurultu gəldi Gördüm tüstü zad. Zəng etdim Fövqəladəyə.

Hadisə yerinə dərhal Föqəladə Hallar nazirliyinin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun əməkdaşları gəldi. Baş prokrorluqdan bildirilib ki, “Qarant İnşaat” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxıb. 37 yaşlı sürücü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib. Ərazidə olan 6 avtomobil isə yararsız hala düşüb. Xöşbəxtlikdən bu avtomobillərin içərisində heç kim olmayıb.

Elvin Məmmədov - zərərçəkən

Səhər-səhər saxlamışam. Abeddə idim. Abeddən sonra da başımıza belə hadisə gəlib. Çox zərər görüb avotmobil ? bəli, bəli. maşın ələ gələsi deyil də.

Eyni zamanda Kranın bir hissəsi yaşayış binasının da üstünə aşıb. Nəticədə 3 evə ziyan dəyib.

Fuad Əhmədov – FHN-nin əməkdaşı

Qaldırıcı yük kranı yük qaldıran hissəsi binann üzərinə aşmışdır. Və nəticədə kranı idarə edən sürücü vəfat etmişdi. Stık. Binanın damından xəsarətlər vardır. Araşdırma aparılır. Əlavə məlumatlar veriləcək.

Həyatını itirən kran sürücüsünün meyiti hadisə yerindən aparılıb. Avtomobillər isə ərazidən götürülüb. Faktla bağlı Baş prokrorluqda cinayət işi açılıb.

atv.az

0
433
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar