“Bank of Baku”nun rəhbəri dəyişdi

Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişdi.

Index.az xəbər verir ki, Eldar Həmidovu Filiz Yunus Emre əvəz edib.

Bunadək Yunus Emre Filiz “Bank of Baku” Müşahidə Şurasının üzvü idi. Bununla yanaşı, o, bankın səhmdarlarından biri olan “Nab Holding”də maliyyə direktoru vəzifəsində çalışır.

Eldar Həmidov 2019-cu ilin martından etibarən İdarə Heyətinin sədri olub.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol" neft şirkətinə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar