"Barselona" azərbaycanlı nümayəndənin də olduğu oyunda tarixi ilkə imza atdı

Futbol üzrə qadınlar arasında UEFA Çempionlar Liqasının qalibi bəlli olub.

Sport7.az xəbər verir ki, İsveçin Göteborq şəhərindəki "Qamla Ullevi” stadionunda "Çelsi" ilə qarşılaşan "Barselona" 4:0 hesablı qələbə qazanıb. Kataloniya klubu tarixində ilk dəfə qadınlar arasında Çempionlar Liqasının qalibi olub.

"Barselona" qadınlar və kişilər arasında Çempionlar Liqasının qalibi olan yeganə klub kimi tarixə düşüb.

Görüşün UEFA nümayəndəsi AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva olub.

Qadınların yarışında Çempionlar Liqası 2001-ci ildən keçirilir.
 
Sport7.az
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar