"Bergen sazişi"nə dair işçi qrupun növbəti iclası olub - FOTO

Mayın 17-də "Bergen sazişi"nə yenidən baxılması üzrə işçi qrupun ikinci iclası keçirilib.

Onlayn formatda keçirilən iclasa Ümumdünya Gömrük Təşkilatının Avropa Regionuna rəhbərlik edən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev rəhbərlik edib.

Tədbirə Avropa İttifaqı, Rusiya, İslandiya, Gürcüstan, Hollandiya, İspaniya, İsveç, Türkiyə, İtaliya, Qazaxıstan və Çexiyanın nümayəndələri qatılıb.

DGK sədrinin müavini İqbal Babayev işçi qrupun əvvəlki iclasında müzakirə olunan məsələlər, müzakirələrdən sonra üzv dövlətlərin mövqeyi barədə iştirakçıları məlumatlandırıb.

Sonra iclasda əsas ianəçilər qrupunu tərk etməli olan üzvün digər coğrafi altqruplarda təmsil olunmasına dair məsələyə baxılıb.

Xatırladaq ki, qeyd edilən saziş 2009-cu ildə Bergen şəhərində imzalanıb. Bu sənəddə ÜGT-nin Siyasi Komissiyası, Maliyyə və Audit komitələrində Avropa Regionunun təmsilçiliyinə dair prosedurlar əksini tapıb.

0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar