Beyini kiçildən faktorlar - TƏHLÜKƏ

Gündəlik həyatımızdakı bir çox vərdişlərin bir qismi beyni kiçildir. Həmçinin, nevroloji xəstəliklərə tutulmamaq üçün karbohidrat, doymuş yağ, marqarin, şəkər kimi qidalardan uzaq durmaq lazımdır.

Milli.Az xəbər verir ki, Türkiyəli professor Demet Özbabalık Adapınar beyni kiçildən faktorları açıqlayıb:

- Stres və depressiya ciddi bir risk faktorudur. Tez-tez eyni şeyə fokuslanmaq və o mövzuda uzun vaxt keçirmək, buna baxmayaraq problemləri həll edə bilməmək o bölgə ilə bağlı problemləri ortaya çıxarır.

- Tək bir təhsillə davam etmək, hansısa məşğələlərin olmaması, digər yaşam şəkillərinə qapalı olmaq insanın hər zaman eyni beyin bölgəsini istifadə etməsinə səbəb olur. Beləliklə o bölgə zamanla yorulur.

- İdman etməmək də beyni kiçildən ən önəmli risk faktorlarından biridir. Gündə 10.000 addım atmaq çox önəmlidir. Artıq fiziki idman və sənətlə məşğul olmaq beyni qoruduğu tez-tez qeyd edilir. /medicina.az

Milli.Az

0
71
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar