Bir həftədə Qəzzadan İsrailə 3150 raket atılıb, 460-ı öz ərazilərinə düşüb – İsrail MN

İsrail ordusu Qəzza Zolağından 3 mindən çox raket atıldığını açıqlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, İsrail ordusu bir həftə ərzində Qəzza Zolağından İsrailə 3150 raket atdığını, onlardan 460-nın öz ərazilərinə düşdüyünü bildirib:
“10 mayda əməliyyat başlayandan bəri İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə atılan mərmilərin təxminən 90 faizini zərərsizləşdirə bilib”.
Qeyd edək ki, İsrail-Fələstin arasında başlayan qarşıdurma nəticəsində İsrail tərəfindən 10-dan çox, Fələstin tərəfdən isə 50-si uşaq olmaqla 200-dən çox insan ölüb.

0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar