Birinci Divizion klubları üçün cəza "yağışı"

AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. 
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 25 və 26-cı turu çərçivəsində baş tutan görüşlərdə qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
06.05.2021-ci ildə I Divizionun XXV turunun "Sabah-2” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
07.05.2021-ci ildə I Divizionun XXV turunun MOİK – "Sumqayıt-2” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
 
07.05.2021-ci ildə I Divizionun XXV turunun "Zaqatala” – "Qaradağ Lökbatan” oyununda "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun "Neftçi-2” – "Sabah-2” oyununda "Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun "Turan Tovuz” – "Zaqatala” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun "Turan Tovuz” – "Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun "Sumqayıt-2” – "Qarabağ-2” oyununda "Qarabağ-2” klubunun 45 nömrəli futbolçusu Seyxan Fərəcovun qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimələnir. (maddə 47)
 
11.05.2021-ci ildə I Divizionun XXVI turunun "Qaradağ Lökbatan” – MOİK oyununda matçın 47-ci dəqiqəsində MOİK  klubunun 45 nömrəli futbolçusu Hüseyn Hüseynlinin "kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimələnir. (maddə 36.1)
 
Sport7.az

0
55
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar