Bu il təbii qaz ixracı 80%-dək artıb

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 mlrd 837 mln 583,3 min kubmetr həcmində təbii qaz ixrac edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 4 ay ərzində Azərbaycan ixrac edilən təbii qazın dəyəri 1 mlrd 131 mln 480,27 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 79,53 %, dəyəri isə 37,74% çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,78% olub.
0
128
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar