"Bu qolu ona, bütün ailəmə və komandama həsr edirəm" - "Liverpul"un qapıçısı

"Liverpul"un qapıçısı Alisson Beker unikal nailiyyətə imza atıb.

Sport7.az xəbər verir ki, 28 yaşlı qolkiper Premyer Liqanın 36-cı turunda səfərdə "Vest Bromviç"lə qarşılaşmada 90+5-ci dəqiqəsində komandasının qələbə qoluna imza atıb. Bununla da o, "Liverpul" tarixində rəsmi matçlarda fərqlənən ilk qapıçı olub.

Beker "qırmızılar"la 2018-ci ilin yayında 6 illik müqavilə bağlayıb. Mersisaydlılar onun keçidi üçün İtaliya "Roma"sına 72,5 milyon avro ödəyərək, futbol tarixinin ən bahalı qolkiperinə çeviriblər.

"Sambaçı" bu qolu mərhum atasına həsr edib: "Son bir ayda xeyli emosional idim. Özüm və ailəmlə bağlı çox şey baş vermişdi. Amma bu, mənim həyatımdır. Özümü tanıyandan atamla oynamışam. Onun bu qolu görməkdən ötrü bizimlə birgə olmasını istərdim, amma əminəm ki, hazırda göylərdə Allahın yanında mənim qoluma sevinir. Bu qolu ona, bütün ailəmə və komandama həsr edirəm. İndiki qədər heç vaxt xoşbəxt ola bilmərəm".

1892-ci ildə yaradılmış "Liverpul" klubu 19 qat İngiltərə çempionudur. Hazırda komanda 36 oyundan 63 xalla turnir cədvəlində 6-cı yerdədir. 26 xala malik "Vest Bromviç" isə sondan əvvəlki - 19-cu pillədədir.
 
Sport7.az
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar