“Bütün nəticəni 180 dərəcə dəyişə biləcək informasiyanı yaymaq olmaz” - Xaçatryan

Ermənistan Təhlükəsizlik Şurasının iclasından sonra sərhəddə Azərbaycan hərbçiləri tərəfindən gərginliyin artması müşahidə olunub

“Yeni Sabah” bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə, Azərbaycan və Ermənistan arasında Syunik və Geqarkunik vilayətlərində baş verənlərlə bağlı danışıqlar mayın 17-də davam etdirilməyib.

Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının deputatı Armen Xaçatryan Gorusda keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, danışıqlar hələ başa çatdırılmayıb.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının mayın 17-də keçirilən iclasında sərhədə dair danışıqların mayın 19-da davam etdiriləcəyini demişdi. Deputat Armen Xaçatryan mayın 16-da aparılan danışıqları “nəticəli” adlandırıb, amma nəticənin nədən ibarət olduğunu deməyib:

“Nəticənin nədən ibarət olmasının təfərrüatlarını açmaq istəmirəm. Bütün hallarda dünənki (16 may) danışıqlar nəticə ilə başa çatıb. Düşünürəm ki, Müdafiə Nazirliyi bu barədə yaxın vaxtda informasiya verəcək”.

Xaçatryan eyni zamanda “bütün keçmiş və indiki rəsmi şəxsləri, hərbçiləri, vəzifəliləri onlara məlum olan informasiyanı, hətta doğruluğuna əmin olsalar belə açıqlamamağa” çağırıb: “Çünki danışıqların hazırkı mərhələsində, bu gərgin vəziyyətdə bütün nəticəni 180 dərəcə dəyişə biləcək informasiyanı yaymaq olmaz”.

Armen Xaçatryan habelə danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun iştirak etdiyini təsdiqləyib. Hələ danışıqlar dayandırılana qədər Ermənistan müdafiə nazirinin əvəzi Vaqarşak Arutyunyan Kollektiv Təhlükəslzik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasla telefonla danışmışdı. Arutyunyan demişdi ki, sərhədin hər iki tərəfinə böyük hərbi qüvvə cəmləşib və əgər vəziyyət tezliklə həll olunmasa, nəticələri əvvəlcədən demək çətin olacaq.

Nikol Paşinyan mayın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirib. O, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunub.

Paşinyan deyib ki, mayın 14-dən Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxıb, dünən – mayın 16-da da oxşar proses baş verib. Amma ümumilikdə, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb.

“Bu nə deməkdir? Bu o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmini, Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərinin işə salınması üzərində işi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar”, – hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan deyib.

0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar