Daha bir yerüstü piyada keçidi istifadəyə verildi - Piyada keçidində panduslar da quraşdırılıb

Hazırda bu il paytaxtda inşa edilən sayca 4-cü piyada keçidindəyik. Bu keçid həm görkəminə, həm də ölçüsünə görə digər piyada keçidlərindən fərqlənir. Beləki bu keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Orta hissə uzunluğu 52 metr, eni 4.5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Keçid inşa edilərkən yalnız vətəndaşların deyil, eyni zamanda burada daimi qulluq edəcək personalın rahatlığı da nəzərə alınıb. Onlar üçün xidməti otaqlar inşa olunub.

Əvvəl yolu küçməkdə çətinlik çəkirdik. Amma indi bu keçid salınıb. Rahatdır hər şey.

Bu yolda tez-tez qəzalar olurdu. Ama indi insanlar rahatlıqla yolu keçə biləcəklər. həm görünüşü, həm də rahatçılığı çox yaxşıdır.

3 dayaqlı piyada keçidində müasir, beyəlxalq standartlara uyğun 80 mayillikli piyada pandusları da quraşdırılıb. Bu pandusların quraşdırılmasında əsas məqsəd isə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlerin rahat hərəkətini təmin etməkdir. Yəni həmin kateqoriyadan olan vətəndaşlar heç kimin köməyi olmadan rahat şəkildə bu keçid vasitəsilə yolun bir tərəfindən digər tərəfinə hərəkət edə biləcəklər.

Anar Nəcəfli - AAYDA-nin mətbuat xidmətinin rəhbəri

Velosipeddən istifadə edən vətəndaşlar da raaht şəkildə bu yoldan istifadə edə bilərlər. çünki oandusların mayillik dərəcəsi 8 dərəcədir ki, bud a beynəlxalq standartlara cavab verir. Bundan başqa pilləkənlə çıxmaq istəyən vətənaşlar üçün də pilləkənlər qoyulub panduslarla bərabər, çox müasir bir keçiddir.

Keçiddə həmçinin müasir işıqlandırma sistemi də quraşdılıb. Bu isə gecə saatlarında ərazini işıqlandırmaqla yanaşı, keçidə füsunkar gözəllik qatacaq

atv.az

0
455
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar