Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Day.Az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 279 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 858 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir.

Ölkədə son sutka ərzində 465, hazırkı dövrədək isə 7 550 354 test aparılıb.

Azərnaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Bir daha bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.

Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır.

Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilmişdir.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi" 12-18 avqust tarixlərində qədim Azərbaycan torpağı Naxçıvanda keçiriləcək.

Düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.

Düşərgə iştirakçıları bir həftə ərzində Naxçıvanın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edirik.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 1 iyun 2023-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün əlaqə vasitələrini təqdim edirik:

Tel.:+994124931054
Mob.: WhatsApp: +99450 762 25 95

E-mail: [email protected]

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı və Şuşa şəhərlərində 3 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.

Futbol üzrə "Avro-2024"ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

Day.Az xəbər verir ki, oyun Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, "Raiffeisen Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xalq artisti Afaq Bəşirqızı instaqram səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edib.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa paylaşımında bunları yazıb:

"Xalqımın bahar bayramını, Novruz bayramını təbrik edirəm. Can sağlığı və ruzi-bərəkət arzulayıram. Çox qəribədir ki, biz bir gözü ağlayan, bir gözü gülən xalq olmuşuq. Lakin buna baxmayaraq, hər ikisini ləyaqətlə yerinə yetirə bilmişik ki, düşmən sevinməyib, dost isə qürur duyub. Biz qürur duyulası xalqıq. Bir daha bahar bayramınızı təbrik edirəm və ən böyük arzum budur ki, bu bahar elimizə, obamıza, özümüzə əmin-amanlıq, sakitlik və ruzi bərəkət gətirsin. Hamınızı öpüb bağrıma basıram".

"Amazon" şirkətinin rəhbəri Endi Cessi 9 min işçisini ixtisar edəcəyini bəyan edib.

Day.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, ixtisarlar "Twitch", reklam departamenti və "Amazon Web Services" bölməsinin əməkdaşlarına şamil olunacaq.

Cessi bunun şirkət üçün çətin bir qərar olduğunu, lakin uzunmüddətli perspektivdə "Amazon"a fayda verəcəyini söyləyib.

Şirkət rəhbəri bildirib ki, son bir neçə il ərzində "Amazon" əksər bölmələrinə çox sayda yeni əməkdaşlar cəlb edib. Bununla belə, hazırda iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq rəhbərlik "xərcləri və işçilərin sayını daha yaxşı idarə etmək" qərarına gəlib.

Xatırladaq ki, "Amazon" üçün bu cari ildəki ikinci ixtisarlar dalğasıdır. Yanvarın əvvəlində şirkət 18 min işçini ixtisar edəcəyini açıqlamışdı.

Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır. Bu mənada, jurnalist Fərdin İsazadənin "NoyanTapan" adlı erməni YouTube kanalında yayımlanan "Yumşaq güc" verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının (MŞ) məlumatında deyilir.

Bildirilir ki, F.İsazadə zorakılığa çağırış kimi qələmə verilə biləcək fikirlər səsləndirməkdənsə, Novruz bayramının gerçək bəşəri mahiyyətini izah etməli, "NoyanTapan" adlı erməni YouTube kanalının materialının cəfəng xarakter daşıdığını göstərməli, bildirməli idi ki, medianın bu sayaq davranışları region xalqlar arasında dayanıqlı sülhün əldə olunmasına maneçilik törədir.

"F.İzazadənin fikirləri jurnalistin şəxsi yumoristik yanaşmasıdır. Azərbaycan mediası bu videonu paylaşmayıb və.ona informasiya məzmunu qazandırmaqdan uzaqdır. Belə təmayüllər ölkəmizin qanunvericiliyinə, konkret olaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-2.3.2-ci maddəsinin zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatların, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasının qadağan olunmasına dair tələbinə ziddir. Bu kimi hallar, həmçinin, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarındakı "jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır" müddəası baxımından da yolverilməzdir.

Mətbuat Şurası Azərbaycanın media təmsilçilərinə müraciət edərək hər bir təqdimatın həssaslıq dərəcəsini ciddi şəkildə düşünməyə çağırır. Şura ayrı-ayrı vətəndaşlara da müxtəlif sosial şəbəkə profillərindəki paylaşımlarında yuxarıda qeyd edilən məqamları nəzərə almağı, ehtiyatlı olmağı tövsiyə edir.

Azərbaycan Mətbuat Şurası, həmçinin, bildirir ki, azərbaycanlılara qarşı zorakılıq hallarının təbliği Ermənistan jurnalistləri arasında dəfələrlə müşahidə olunub. Onlar da bir çox hallarda milli ayrıseçkiliyə, nifrət məmunlu çağırışlara üstünlük veriblər. Təəssüf ki, eyni xoşagəlməz hallar indi də yaşanmaqdadır. Ümid edirik ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrində Etika üzrə Müşahidə Şurası da məsələyə diqqət yetirəcək, Ermənistan mediasında Azərbaycan dövləti və xalqına qarşı aşağılayıcı rəftarın, hiddətin, qəzəbin aradan qalxmasına dəstəyini göstərəcək, bununla bağlı prinsipial mövqeyini ortaya qoyacaqdır", - MŞ qeyd edir.

Kakao əsəb və xərçənglə mücadilədə önəmli vasitə hesab edilir.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdır. Bu bitki böyrəklərdə su və duzun həll olunaraq, yox olmasının qarşısını alaraq sidiyi artırır.

İnsana gümrahlıq və enerji verən kakao orqanlardakı zəhərli maddələrin ixrac edilməsinə və bədənin qüvvətlənməsinə də kömək edir. Bundan başqa kakao damar tutulmalarının, günəşin zərərli şüalarının qarşısını almaq üçün də istifadə olunur.

Dəridə yumşaldıcı effektə malik olan kakaonu günəş altında olarkən dəriyə sürtmək tövsiyə edilir.

Novruz bayramında bölgələrə turist axını müşahidə edilir. Hotellərdə yerlərin təxminən 80-90 faizi satılıb. Turistlər hotellərlə yanaşı fərdi evlərdə qalmağı da seçirlər. Bəs qiymətlər necədir?

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, 9 günlük istirahəti fürsət bilənlər rayonlara üz tutublar.

Novruz bayramını Lənkəranda qeyd etmək üçün gələn turistlər otellərdəki yerləri 10 gün əvvəl tutublar.

Bayram ərəfəsində Lənkəranda fəaliyyət göstərən istirahət mərkəzlərində bir nəfər üçün gündəlik qiymət 70 manatdan 100 manata qədər dəyişir.

Bayramda Lənkərana gələn turistlərin müəyyən bir qismi fərdi evlərdə də qalmağa üstünlük verdiyindən, bu evlərinin qiymətlərində bahalaşma müşahidə edilir. Fərdi evlərin gündəlik kirayə qiyməti 25-30 manatdan başlayır.

Qəbələ və Şəki rayonlarına da turist axını olub. Burada isttirahət mərkəzlərində günlük qiymətlər 90-160 manat arasında dəyişir.

Bayramı ayrıca sakit məkanda keçirmək istəyənlər isə fərdi evlərdə qalmağa üstünlük veriblər. Şəkidə fərdi evlərdə isə gündəlik 10 manata qalmaq olar.

Ekspertlər hesab edirlər ki, bayramın sonrakı günlərində qiymətlərdə enmə müşahidə ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını "yaşıl kanal" buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxs gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan - orucluq ayının başlanması ilə əlaqədar fətva verib.

Day.Az bildirir ki, fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur:

"Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun.." (Bəqərə, 185).

Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!

Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edəcəkdir, inşallah!

Möhtərəm qardaş və bacılar! On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilmişdır. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr - Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir.

Bu mübarək Ramazan ərəfəsində dua edirik ki, Qadir Allah doğma Azərbaycanımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı, müzəffər ordumuzu və əziz xalqımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!".

Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti postuna namizədliyi irəli sürülüb.

Day.Az xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Namizədlik sənədini Komissiyaya Ədalət və İnkişaf Partiyasının Qrup sədri İsmət Yılmaz, partiya sədinin müavini və seçki işləri üzrə məsul Əli İhsan Yavuz, MHP Qrup sədr müavini Erkan Akçay və MHP sədrinin seçki işləri üzrə müavini Feti Yıldız təqdim ediblər.

Qeyd edək ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Day.Az-а verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistan bölgədəki vəziyyəti mümkün qədər gərginləşdirmək, yekun sülh sazişinin imzalanmasından yayınmaq, hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi areala beynəlxalq silahlı kontingentin yeridilməsinə nail olmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməmək üçün Rusiya ilə yeni oyuna başlayıb. Oyun bəsit və primitiv olsa da, təhlükəlidir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin həbs edilməsi ilə bağlı paradoksal və bir qədər absurd qərarını şərh edib.

BCM-in fəaliyyəti ilə bağlı Roma statutunu imzalamış ölkələr arasında yer aldığı üçün Ermənistanın Konstitusiya Məhkəməsi sözügedən qərarı müzakirə etməli və mövqeyini bəyan etməlidir.

Ermənilərin Konstitusiya Məhkəməsi qərarı təsdiqləyərsə, V.Putin İrəvana rəsmi səfər etdiyi zaman RF-nin dövlət başçısı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən saxlanmalı və Haaqaya ekstradisiya olunmalıdr.

Hipotetik olaraq belədir, çünki İrəvan imzaladığı və ratifikasiya etdiyi Roma statutuna əməl etməlidir.

Yox əgər Ermənistanın Konstitusiya Məhkəməsi BCM-nin qərarını təsdiqləməzsə, onda rəsmi İrəvan imzaladığı Roma statunun şərtlərinə qarşı çıxmalı olacaq.

Aralıq və ya optimal variant kimi Ermənistan da Roma statusunu imzalayan, lakin Rusiya ilə münasibətləri pozmaq istəməyib BCM-nin sırf siyasi sifariş əsasında qəbul edilmiş qərarını kağız üzərində "icra" edəcək ölkələr kimi Moskvaya təminat verə bilər.

Yəni V.Putinin Ermənistana səfərindən öncə Ermənistan Moskvaya təminat verəcək ki, Rusiyanın dövlət başçısına qarşı İrəvanda hər hansı ekstraordinar addım atılmayacaq.

Bütün bunlar hüquqi oyunlardır - önəmli olan A.Simonyanın Rusiya prezidenti ilə bağlı jurnalistlərin suallarını birbaşa, dərhal cavablamaqdan yayınmasıdır.

"Düzünü desəm, mənim üçün də qəribədir. Başqa ölkənin dövlət başçısının iştirak etdiyi tədbirlə bağlı hansısa ölkə nə etməlidir - hələ bilmirəm, söyləməyə çətinlik çəkirəm", - A.Simonyanın cavabı belə olub.

Ermənistan parlamentinin spikerinin müəmmalı, tərəddüdlü və laübəli cavabına təəccüblənməyə dəyməz. Onun açıqlamaları ermənilərin XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfərindən və bu səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sərt açıqlamalarından sonra yaranmış "afterşok effekti" sayıla bilər, sayılmalıdır da.

Sergey Lavrov danışıqlardan və müzakirələrdən sonrakı brifinqdə səbrli davrandı. Lakin brifinqin 30-cu dəqiqəsində səbr kasası daşan RF XİN başçısı Ermənistana aşkar şəkildə Moskvanın xəbərdarlığını ünvanladı: "Qərblə dialoq istəyirsinizsə, bizi unudun!".

S.Lavrovun dediyinə görə, Qarabağdakı ermənilərin hüquqları və haqları, o cümlədən, təhlükəsizliyi qarabağlı ermənilərlə rəsmi Bakı arasında aparılan birbaşa, vasitəçilərsiz danışıqlarda müəyyənləşməlidir.

"Mənim fikrimi bilmək istəyirsinizsə, ən yeni tarixdəki presedentlərə nəzər salsaq, elə həmin Ukrayna ilə Minsk anlaşmalarında belə məsələ vardı. Yəni Ukraynanın şərqindəki sakinlərin hüquqları Minsk razılaşmaları ilə müəyyənləşmişdi. Doğma dil hüququ, bu dildə tədris, dildən istifadə azadlığı, dinin qorunması, yerli özünüidarə hüququ, soydaşlarla iqtisadi, ticari və mədəni əlaqələr azadlığı...

Təxminən belə hüquqlar on il əvvəl Belqradla Priştina arasında Kosovoda serb bələdiyyələr icması barədə imzalanmış anlaşmada da nəzərdə tutulmuşdu: dil, yerli özünüidarəetmə, təhsil, mədəniyyət, din, Serbiya ilə xüsusi iqtisadi əlaqələr...

Düşünürəm ki, qarabağlı ermənilər üçün də belə hüquqlar gərəkdir. Danışıqlarda mütləq şəkildə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtləri və 1991-ci ildə Azərbaycanla Ermənistan liderləri arasında imzalanmış Alma-Ata bəyannaməsi nəzərə adınmalıdır. Bunları gerçəkləşdirmək, göründüyü kimi, çətin deyil. Hər şey anlaşmanın reallaşmasının asılı olduğu tərəfin davranışının nə qədər ləyaqətli olacağından asılıdır", - Sergey Lavrov deyib.

Qarabağlı ermənilərin indiki vəziyyətini əvvəl Ukraynanın şərqindəki Donbas, sonra isə Kosovo sakinləri ilə müqayisə edən S.Lavrov qarabağlı ermənilərin "milli müqəddəratı təyin etmək hüququ" iddialarının artıq tarixin zibilliyinə atılması gərəkdiyinə, habelə, Donbasla Kosovonu xatırlatmaqla bir zamanlar Avropa İttifaqı, ABŞ, Fransa və digər ölkələrlə strukturların verdiyi vədlərin heç birinə sonradan əməl etmədiklərini, şirnikləndirdikləri ölkələri aldatmalarına da işarə vurub.

"Hər şey anlaşmanın reallaşmasının asılı olduğu tərəfin davranışının nə qədər ləyaqətli olacağından asılıdır" cümləsi isə ümumiyyətlə, rəsmi İrəvanın aşağılanması ilə yanaşı, baş nazir Nikol Paşinyana ultimatumdur. Rusiyanın XİN başçısı bu minvalla İrəvanın nəzərinə çatdırır ki, həm üçtərəfli bəyannamənin şərtlərini, həm də 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra əldə olunmuş bütün (!) razılaşmalarla anlaşmaları pozan tərəf Ermənistandır.

Məhz Ermənistan rəhbərliyinin ləyaqətsiz davranışı bölgədəki situasiyanın ifrat dərəcədə gərginləşməsinə səbəb olub.

Görünən budur ki, Rusiya indi Azərbaycanla Ermənistanı "3+3" formatında danışıqlar aparmağa sövq etməyə çalışır.

Məqsəd Qərbin prosesə müdaxiləsinə əsla imkan verməməkdir.

Təsadüfi deyil ki, rəsmi Moskva kollektiv Qərbi Rusiya ilə Ermənistan arasında münasibətləri pozmağa, "Cənubi Qafqaz regionunda reyder hücumları ilə məşğul olmaqda, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında təşəbbüsü ələ alaraq Rusiyanı ümumiyyətlə prosesdən kənarlaşdırmağa çalışmaq"da suçlayıb.

Bu zaman S.Lavrov ABŞ, Avropa İttifaqı və NATO-nu bölgədə Moskvanı "gözdən salaraq zəiflətməyə can atmaq"da da ittiham edib: "Cənubi Qafqazda Rusiyanın Qərblə əməkdaşlığından söhbət belə gedə bilməz. Çünki Qərbə inam yoxdur".

Moskvanın yaxın perspektivə hesablanmış planları artıq aydındır: Rusiya Cənubi Qafqaz regionunda kollektiv Qərblə əməkdaşlıq ideyasını ümumiyyətlə rədd etməklə yanaşı, belə tərəfdaşlığa və təmaslara zərurət də görmür.

Bəyanatlar Qərbə yönəlsə də, digər əsas ünvan Ermənistandır.

Rusiya indi Ermənistanın aşkar Qərbə meyilli siyasət yürütdüyünü gördüyündən İrəvanı təsir orbitindən buraxmamaqla yanaşı, Qərbi də inandırmağa çalışır ki, Moskvanın bilavasitə iştirakı olmadan Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün deyil.

Kreml onu da nəzərə çatdırır ki, prosesdə mövcud ləngimələrsə məhz Qərbin müdaxilələrindən və Ermənistana vədlər verməsindən sonra yaranmış çətinliklərdir.

Ən başlıcası isə budur ki, Rusiya bundan sonra "gözləmə mövqeyi" kimi dəyərləndilə biləcək davranış sərgiləmək niyyətində deyil.

Ermənistanın bütün mövcud vasitələrdən və imkanlardan yararlanaraq kollektiv Qərbin Cənubi Qafqazda daha ciddi, genişmiqyaslı təsir rıçaqlarına yiyələnməsinə yönəlmiş diplomatik marşrutda olduğunu görən Rusiya adekvat cavab addımları hazırlayır.

Nikol Paşinyan şimaldan əsən soyuq yellərdən təşvişə düşdüyü üçün A.Mirzoyan Moskvadan dönən kimi ABŞ-nin dövlət katibi Entoni Blinkenə zəng vuraraq həmişəki kimi, şikayətlənib, Rusiyanın qəzəbindən qorunmaq üçün təhlükəsizlik təminatı və ən əsası - bundan sonrakı fəaliyyəti ilə bağlı təlimatlar istəyib.

Hadisələrin bu günədək inkişaf məcrasına nəzər salsaq, şübhə yoxdur ki, Ermənistan yaxın perspektivdə KTMT sıralarından çıxa bilməyəcək. KTMT-nin Ermənistandakı missiyası ilə bağlı sazişi imzalamaqdan yayınmaq üçün N.Paşinyanın qarşısında duran yeganə yol Azərbaycanla yekun sülh sazişi danışıqlarını əngəlləmək, vəziyyəti maksimal dərəcədə gərginləşdirməkdir.

Moskva N.Paşinyanın absurd, idiotik və xəyanətkar siyasətindən usanıb. Rusiya ilə Ermənistan arasında təmaslar bundan sonra, təbii, davam edəcək, amma ünsiyyət yetərincə lakonik və konkret olacaq.

Kreml Nikol Paşinyanla bağlı qərarını artıq verib. İrəvandakı hakimiyyətin başında duran təlxək artıq Rusiyanı da usandırıb.

Ermənistanın destruktiv, kənardan verilən vədlərə və şirnikləndirmələrə əsaslanan siyasəti nəticəsində bölgədə müharibə gözləntisi yelləri əsməyə başlayıb.

Azərbaycan müharibə istəmir.

Daha doğrusu, əsla istəmir.

Lakin rəsmi İrəvan terrorçuluğun və Azərbaycan vətəndaşlarına qarşı silahlı diversiyaların dəstəklənməsini, habelə, suverenliyimizlə ərazi bütövlüyümüzə qarşı yönəlmiş hücumlarını davam etdirərsə, sərt cavab gecikməyəcək.

Onda isə havadarlarla hamilər çətin ki, Nikol Paşinyan administrasiyasının dadına yetə bilsin.

ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin ixtisasının artırılmasına 100 000 dollaradək vəsait ayırmağı planlaşdırır.

Day.Az bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Proqram "gənc və daha az təcrübəli müəllimlər" üçün nəzərdə tutulub. Onların həm onlayn, həm də əyani oxumaq imkanı olacaq. Orta məktəblərdə, ölkənin bölgələrində, həmçinin keçmiş məcburi köçkünlərlə işləyən ingilis dili müəllimlərinə yönəlmiş proqramlara xüsusi diqqət ayrılacaq.

"Proqram sinxron onlayn təhsil platformasından, praktik tədris proqramından və real zaman rejimində fərdi kouçinqdən istifadə edəcək. O, ingilis dilinin tədris keyfiyyətinin yaxşılaşdırılmasına və azərbaycanlı tələbələrin ingilis dili səviyyəsinin artırılmasına yönəlib", - proqramın təsvirində deyilir.

Bundan başqa, proqram ABŞ və Azərbaycan ekspertlərinin məlumat və təcrübə mübadiləsi yolu ilə iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə yönəlib.

ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.

Day.Az bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Məlumata əsasən, Sison həmkarları və BMT-nin məsul şəxsləri ilə görüşmək və kollektiv qlobal problemlərin həllində ABŞ-nin birgə çoxtərəfli iştiraka sadiqliyini möhkəmlətmək məqsədilə 22 mart-7 aprel tarixləri arasında Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tayland və Laosa səfər edəcək.

"Sison martın 22-də Antananarivoya (Madaqaskar) səfər edəcək, sonra martın 24-də Yohannesburqa (Cənubi Afrika), martın 27-də isə Port Luisə (Mavriki) yollanacaq. Daha sonra dövlət katibinin köməkçisi martın 29-da Bakıya (Azərbaycan), martın 31-də Ulan-Batora (Monqolustan), aprelin 4-də Hanoya (Vyetnam), aprelin 5-də Banqkoka (Tayland) və aprelin 6-7-də Vyentyana (Laos) səfər edəcək", - Dövlət Departamentinin saytındakı məlumatda deyilir.

Hazırda Şuşada Novruz şənliyi ilə əlaqədar ekoaksiyanın iştirakçıları üçün bayram aşı hazırlanır.

AZƏRTAC xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında açılan bayram çadırında kabab, ət və göy qutabları bişirilir, həmçinin səməni, xonça və digər atributlar düzülüb.

Ekoaksiyanın təşkil olunduğu ərazidə əsl Novruz ab-havası hökm sürür.

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) regionda enerji rabitəsini yaxşılaşdırmaqla tədarüklərin təhlükəsizliyinin və diversifikasiyasının artırılması üçün imkanlar təmin edir.

Trend-in məlumatına görə, bu barədə ICGB boru kəməri operatorunun icraçı direktoru Teodora Georgiyeva Salonikidə keçirilən konfransdakı çıxışında deyib.

O, istər milli, istərsə də beynəlxalq səviyyələrdə təbii qaz tədarükü üçün yeni təhlükəsiz marşrutun yaradılması kontekstində IGB-nin rolundan danışıb.

"IGB-nin buraxılış qabiliyyəti hazırda ildə 3 milyard kubmetr qaz təşkil edir ki, bu da Bolqarıstanın ümumi istehlakına bərabərdir. Diversifikasiyalaşdırılmış mənbələrdən Qərbi Balkanlara tədarük üzrə birgə iş, həmçinin, Moldova və Ukraynaya qaz nəqli variantlarının təqdim edilməsi hazırda operator kimi ICGB üçün əsas prioritet təşkil edir və bunun Avropanın bu istiqamətdəki səylərinə də uyğun gəldiyini görürük", - Georgiyeva deyib.

O diversifikasiyanın artıq reallıq olduğunu qeyd edib.

"IGB-nin işə salınması ilə buna artıq nail olunub. Layihə müəssisələrin və məişət istehlakçılarının isidilməsini təmin etməyə köməklik göstərməklə oyunun qaydalarını dəyişir", - Georgiyeva əlavə edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.