Deputat Prezidentin Naxçıvan səfərindən danışdı: "bizim növbəti tarixi nailiyyətimiz olacaq”

"NaxçıvanMuxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub. Prezidentİlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdəvəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hərbiri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrəxüsusi mesajlar verilib. Muxtar respublikada ümumi daxili məhsul 10 dəfədən çoxartıb”.

Busözləri Prezident İlham Əliyevin 2021-ci il 10 may tarixində Naxçıvan MuxtarRespublikasına səfərin şərh edərkən Milli Məclisini deputatı Müşfiq Məmmədlideyib.

M. Məmmədlibildirib ki, Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyəverilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb: "Elektrik enerjisi ilətəchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb.Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər dəErmənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilətam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünkibu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır”.

O, regiondahərbi aerodromun və hərbi hospitalın açılışının Naxçıvan Muxtar Respublikasınıntəhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisə olduğunuvurğulayıb:

"Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitininyaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indixidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzindəNaxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələryaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdarhadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibbmüəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eynizamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Naxçıvanda Ümumqoşun ƏlahiddəOrdu yaradılmışdır. Ermənistanın "ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağaməcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusistatuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyətidə yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarınınmüdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsindəçox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusitəyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər vəşəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı NaxçıvanOrdusunun əsl potensialını göstərdi”.

Zəngəzurdəhlizinin açılmasının strateji əhəmiyyət daşıdığını qeyd edən deputat bildiribki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və budəhliz mütləq açılacaqdır: "Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək.Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistansərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvandəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyatakeçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndənsonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşənZəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubadvasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixinailiyyətimiz olacaq”.

0
272
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar