Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Almaniya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunun final oyunu baş tutub.
Həlledici matçda "Leypsiq" "Ayntraxt"dan güclü olub – 2:0.
Bu, "Leypsiq"in tarixində qazandığı ikinci Almaniya kubokudur.
"Leypsiq" - "Ayntraxt" – 2:0
Qollar: Nkunku, 71, Soboslay, 85
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin keçmiş milli təhsil naziri Mahmut Özerlə bağlı paylaşım edib.
AzEdu.az xəbər verir ki, Emin Əmrullayev bu haqda rəsmi feysbuk səhifəsində yazıb.
“İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram”, – nazir qeyd edib.
15:10
Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Apasport.az saytının məlumatına görə, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib.
Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.
12:48
Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib.
Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.
Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.
Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.
Milli.Az
Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson ABŞ Prezidenti Co Baydenin səhhəti haqda açıqlama verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həkim bu haqda "Fox News"a danışıb.
"Bu şəxs prezident olmağa nə əqli, nə də fiziki cəhətdən uyğun deyil və bu pisdir. Birləşmiş Ştatlar Prezidentinin işinin bir hissəsi özünə inam yaratmaq və güc göstərməkdir və o, bunu etmir. O, bunu edə bilməz, bunun üçün çox qocalıb", - Cekson deyib.
Keçmiş Ağ Ev həkimi əlavə edib ki, Baydenin ikinci müddətə namizəd olmasının əleyhinədir. Onun fikrincə, dövlət başçısının həyat yoldaşı Cil Bayden və ətrafındakı digər şəxslər onun prezidentliyə namizəd olmasına mane olmalıdırlar, çünki bu, biabırçılıqdır.
Milli.Az
Havanın isti keçməsi ilə əlaqədar xüsusən həftə sonları vətəndaşlatımızın asudə vaxtlarını, istirahətlərini tam təhlükəsiz formada təmin edilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin təsdiq etdiyi xüsusi plana əsasən mərkəzi küçə və prospektlərlə yanaşı, əhalinin dəniz kənarı ərazilərdə yerləşən istirahət və əyləncə məqsədli obyektlərə üz tutanların əhəmiyyətli dərəcədə artdığını nəzərə alıb yollarda nəqliyyatın fasiləsizliyini və təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş qaydadə xidmət təşkil olunur.
Bu barədə Yenicag.az-a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Ötən gecə tək Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının xidməti ərazisində keçirdiyi tədbirlər zamanı 1 sərxoş sürücü, 2 sürücülük hüququ olmayan, 4 etibarnaməsiz, 13 yük avtomobili (şəhərə vaxtsız girməyə cəhd edən) və bir qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib.
Nəzarət-profilaktik tədbirlər bütünlükdə paytaxt ərazisini əhatə edir.
Bakıda səhər saatlarında intihara cəhd hadisəsi olub.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1987-ci il təvəllüdlü vətəndaş, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən mənzilin eyvanına çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.
Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahan 18 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2 130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2 667 nəzarətçi - müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
3 nəfərdə mobil telefon, 1 nəfərdə "ağıllı" saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin "Teleqram" kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.
İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
09:24
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Milli.Az
İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Milli.Az