Dünya beşdən böyükdür. Rəcəb Tayyib Ərdoğanın teoremini Azərbaycan isbat etdi

Dünya beşdən böyükdür. Rəcəb Tayyib Ərdoğanın teoremini Azərbaycan isbat etdi

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.

Azerforum xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Zirvə Toplantısına sədrliyin Türkiyədən Türkmənistana keçdiyini bildirdi, İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğuladı, bu sahədə ölkəsində görülən işlərdən danışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Türkiyə Prezidenti dedi:

- Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.

Siyasi analitik Turab Rzayev İƏT-in Azərbaycan üçün əhəmiyyətini izah edib:

0
7881
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar