Durarbəyli ilə Abbasov çempionatın finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Naxçıvanda Gənclər Mərkəzində kişi şahmatçılar arasında keçirilən və mükafat fondu 15 min AZN təşkil edən Azərbaycan çempionatı artıq finişə yaxınlaşıb. Dünən çempionatda yarımfinal oyunlarına yekun vurulub. Nicat Məmmədov üzərində qələbə qazanan Vasif Durarbəyli və Eltac Səfərlini mübarizədən kənarlaşdıran Nicat Abbasov çempionatın finalına çıxaraq birinci yer uğrunda mübarizə aparmaq imkanı qazanıb. Xatırladaq ki, seçmə xarakteri daşıyan bu çempionatın qalibi Dünya Kubokunda ölkəmizi təmsil edəcək. Bir məqamı da qeyd edək ki, kişilərin çempionatı bitəndən sonra qadınların mükafat fondu 7 min AZN təşkil edən analoji yarışı başlayacaq. Qadınların qalibi isə Avropa çempionatında iştirak edtmək hüququ qazanacaq.

İNTİQAM Məmmədov

0
47
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar