Əhali ərzaq almaq üçün 6 milyard manata qədər pul xərcləyib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 5 890,8 mln. manat xərclənib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

Təkcə aprel ayında əhali ərzaq məhsullarına 1,262 mlrd. manat xərcləyib ki, bu da mart ayı ilə müqayisədə 30,1% azalıb. Bundan əlavə,bu, ötən ilin may ayından bəri ən aşağı göstəricidir.
0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar