Ən yaxşı Çin filmləri

Çin rejissorları və aktyorlarının birgə ərsəyə gətirdiyi ən yaxşı filmləri araşdırmışıq. Onları sizə təqdim edirik:

20. The Eight Hundred (2020) – IMDb: 7.2

The

2020-ci ildə işıq üzü görən bu döyüş filmi, böyük Yaponiya ordusuna qarşı strateji bir anbarı müdafiə etməyə çalışan 800 Çin əsgərinin mübarizəsindən bəhs edir. Müharibənin taleyini dəyişdirən hadisələrdən biri olan Şanxay mübarizəsində 800 nəfərlik bu komanda 4 gün 4 gecə düşmənə müqavimət göstərir.

Janr: Müharibə
Rejissor: Hu Guan

Rollarda: Zhi-Zhong Huang, Hao Ou, Wu Jiang

Treyler

19. Jiang Ziya: Defication Legend 2020 - IMDb: 6.4

Jiang

Çin istehsalı olan animasiya filmində cənnətdən qovulmuş bir döyüşçünün yer üzündə yaşayan iblisi öldürərək yenidən geri qayıtmağa çalışması əks olunub. O, dünyanı şərdən xilas edərək cənnətə qayıda və ölümsüz ola bilər.

Janr: Animasiya, Ailə
Rejissor: Teng Cheng, Li Wei

Treyler

18. The Wandering Earth (2019) – IMDb: 6.0

The

Dünyanın məhvi ilə bağlı ssenarisi olan filmdə bir qrup astronavt yaşamaq üçün yeni bir ulduz tapmaq məqsədilə yola çıxır. Yupiterlə Yerin toqquşmağına az qalmış insanlar həyatda qalmağın yollarını axtarırlar.

Janr: Elmi fantastik
Rejissor: Frant Gwo
Rollarda: Jing Wu, Chuxiao Qu, Guangjie Li

Treyler

17. Better Days (2019) – IMDb: 7.6

Better

Orta məktəbdən universitetə keçid imtahanlarına hazırlaşan Nian və dostlarının başına gələn cinayət hadisələri filmdə öz əksini tapıb. Nianla eyni sinifdə oxuyan bir nəfərin intihar etməsi hadisəsinin arxasında bəzi zorakılıqlar var. Nian da bu cür zorakılığa məruz qalacaq.

Janr: Cinayət, Dram, Ailə
Rejissor: Derek Tsang
Rollarda: Dongyu Zhou, Jackson Yee, Fang Yin

Treyler

16. One Child Nation (2019) – IMDb: 7.5

One

1979-2016-cı illər arasında Çində həyata keçirilən bir uşaq siyasəti haqqında bəzi məlumatlardan bəhs olunur. Bir uşağı olan ailələrin həyatı və birdən çox uşaq sahibi olmaq istəyən ailələrin dramları tamaşaçıya açıq şəkildə çatdırılır.

Janr: Sənədli
Rejissor: Nanfu Wang, Jialing Zhang

Treyler

15. Qadağan olunmuş Krallıq (2008) - IMDb: 6.6

Qadağan

Jet Li və Jackie Chanın rol aldığı filmdə baş rolda amerikalı aktyor Michael Angarano oynayır. Kunq-fu öyrənərək özünü qorumaq istəyən Jason Qədim Çinə gedərək qeyri-adi olaylarla üzləşir.

Janr: Aksiyon, Macəra
Rejissoru Rob Minkoff
Rollarda: Jet Li, Jackie Chan, Collin Chou

Treyler

14. Mulan Warrior Princess (2009) - IMDb: 6.8

Mulan

İmperiyanı qorumaq üçün başladılan müharibəyə atasının əvəzinə gedən Mulanın başına gələnlər əks olunub. Atasının zirehi və qılıncı ilə silahlanmış Mulan çətin bir macəraya atılacaq. 2009-cu ildə çıxan ən yaxşı Çin filmlərindən biridir.

Janr: Macəra, Tarix
Rejissor: Jingle Ma
Rollarda: Jiao Xu, Kun Chen, Jun Hu

Treyler

13. Ash Purest White (2018) - IMDb: 7.0

Ash

Ömrünü rəqqasə kimi keçirən Qiao, şəhərin ən təhlükəli qanqsterlərindən olan Binə aşiq olur. Bir gün, dəstələr arasındakı döyüşdə Bini xilas etmək üçün atəş açan Qiao 5 il həbs cəzasına məhkum edilir. İllər sonra həbsxanadan çıxıb Binin arxasınca gedən Qiao, bu sevgi uğrunda canını fəda etsə də, peşman olmur.

Janr: Drama, Romantik
Rejissor: Jia Zhangke
Rollarda: Zhao Tao, Liao Fan, Xu Zhent

Treyler

12. İpək Yolu Uşaqları (2008) - IMDb: 7.0


İpək

Film Çinin Yaponiya işğalına məruz qaldığı dönəmdə ingilis jurnalist George Hoggun başına gələnlərdən bəhs edir. Özünü Qırmızı Xaç zabiti kimi aparan George, baş verənləri çəkərkən yapon əsgərləri tərəfindən tutulur. Çinli kommunist sayəsində azadlığa çıxır.

Janr: Dram, Aksiyon
Rejissor: Roger Spottiswoode
Rollarda: Jonathan Rhys Meyers, Radha Mitchell, Yun-Fat Chow

Treyler

11. War Kings (2007) - IMDb: 7.0

War

Film çətin şərtlər altında böyük bir müharibənin ortasında qalan 3 qardaşın hekayəsindən bəhs edir. Təsirli səhnələri ilə göz oxşayır.

Janr: Müharibə, Dram
Rejissor: Peter Ho-Sun Chan
Aktrisa: Jet Li, Andy Lau, Takeshi Kaneshiro

Treyler

10. Red Cliff (2008) - IMDb: 7.4

Red

Çin tarixində əhəmiyyətli yer tutan müharibədən bəhs edir. Eramızın 208-ci ilində Çində Üç Krallıq dövrünün təsvir olunduğu filmdə Tony Leung Chiu Wai, Takeshi kaneshiro, Zhang Fengyi kimi aktyorlar rol alıb.

Janr: Aksiyon, Tarix
Rejissor: John Woo
Rollarda: Tony Leung Chiu Wai, Takeshi Kaneshiro, Zhang Fengyi

Treyler

9. Parlayan Xəncərlər (2004) - IMDb: 7.5

Parlayan

Dövlətə qarşı aparılan üsyanı dağıtmaq üçün tapşırıq alan Mei, Jinə aşiq olur. Bu məhəbbət onları çıxılmaz vəziyyətə salır.

Janr: Aksiyon, Tarixi, Dram

Rejissor: Zhang Yimou
Rollarda: Andy Lau, Ziyi Zhang, Takeshi Kaneshiro

Treyler

8. Duvak (2006) – IMDb: 7.5

Duvak

Filmdə Kitty və Dr. Walter Fanenin başına gələnlər təsvir olunub. Yoluxucu xəstəliklər sahəsində mütəxəssis olan həkim iş həyatına o qədər sadiqdir ki, arvadı onu aldatsa da, buna önəm vermir. O, vəba epidemiyası zamanı xidmət göstərmək üçün həyat yoldaşı ilə Çinə gedir. Kiçik bir kənddə işə başlayan həkim və həyat yoldaşı, xəstəlikdən əziyyət çəkən insanları gördükdə həyatlarında yeni başlanğıca imza atırlar.

Janr: Dram, Romantik
Rejissor: John Curran
Rollarda: Edward Norton, Naomi Watts, Liev Schreiber

Treyler

7. Ip Man 2 (2010) - IMDb: 7.5

Ip

Filmdə Bruce Leenin müəllimi olmuş İp Manın həyatı təsvir edilib. Honq-Konqda yeni həyat quran İp Man Vinq Çun döyüş sənətini təbliğ etmək üçün səy göstərir. Film təsirli döyüş səhnələri ilə diqqət çəkir.

Janr: Aksiyon
Rejissor: Wilson Yip
Rollarda: Donnie Yen, Sammo Kam-Bo Hung, Simon Yam

Treyler

6. Müharibə Çiçəkləri (2011) - IMDb: 7.6

Müharibə

Dini vəzifəsini yerinə yetirmək üçün Çində olan John Miller, Çinin Yapon işğalı zamanı Nanking şəhərinə düşən bombalar arasında kilsəyə sığınan bir qrup azyaşlı uşaq və qadını xilas etməyə çalışır. Filmdə baş rolları Christian Bale və Ni Ni ifa ediblər.

Janr: Dram, Müharibə
Rejissor: Zhang Yimou
Rollarda: Christian Bale, Ni Ni, Xinyi Zhang

Treyler

5. Qorxmaz (2006) - IMDb: 7.6

Qorxmaz

Film döyüş sənətinin ustası Huo Yuanjanın həyat hekayəsini təqdim edir. Böyük döyüş ustası olan atasının bir gün məğlub olduğunu görən balaca Huo, dünyanın ən böyük döyüşçüsü olacağına söz verir. Anaq bunun uğrunda hər şeyini itirir.

Janr: Aksiyon, Döyüş
Rejissor: Ronny Yu
Rollarda: Shido Nakamura, Betty Sun, Yong Dong

Treyler

4. Kung Fu Hustle (2004) – IMDb: 7.7

Kung

Gənc Sing mrü boyu məzlum tərəf olmaqdan bezir və Balta dəstəsinə qoşulur. Ancaq bu düşüncə onu səhv yola salır. Filmdə Stephen Chow, Wah Yuen ve Dong Zhi Hua kimi aktyorlar rol alıb.

Janr: Döyüş, Komediya
Rejissor: Stephen Chow
Rollarda: Stephen Chow, Wah Yuen, Dong Zhi Hua

Treyler

3. Son İmperator (1987) - IMDb: 7.7

Son

Kino dünyasının ən yaxşı rejissorlarından biri olan Bernardo Bertoluccinin filmi 1987-ci ildə çəkilib. 2 yaşında Çin taxtına oturan Pi Yidən bəhs olunur. Filmdə 19 min nəfər rol alıb.

Janr: Tarixi, Bioqrafik
Rejissor: Bernardo Bertolucci
Rollarda: John Lone, Joan Chen, Peter O'Toole

Treyler

2. Tiger and Dragon (2000) - IMDb: 7.8

Tiger

Üç nəfərin fantastik bir səyahətinin izah edildiyi filmdə qiymətli bir qılıncın yoxa çıxmasından sonra iki döyüşçü onun izinə düşür. Tanış olduqları qızı da özlərinə qoşurlar və yeni macəralar başlayır.

Janr: Macəra, Dram, Aksiyon
Rejissor: Ang Lee
Rollarda: Chow Yun-Fat, Michelle Yeoh, Ziyi Zhang

Treyler

1. Qəhrəman - Ying Xiong (2002) - IMDb: 7.9

Qəhrəman

Filmdə Qədim Çindəki Altı Krallıq daxilindəki müxalifətin rəhbəri Qinə sui-qəsd təşkil olunmasından sonra düşmənlərin aradan götürülməsi öz əksini tapıb. Qin ən güclü düşmənləri olan Sınıq Qılınc, Uçan Qar və Göyü məhv edən adama böyük bir mükafat vəd edir. Ancaq bu iş bəlkə də dünyanın ən çətin işidir.

Janr: Tarixi, Macəra
Rejissor: Zhang Yimou
Rollarda: Jet Li, Donnie Yen, Tony Leung Chiu Wai

Treyler

0
150
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar