Ərdoğan-Bayden görüşü (VİDEO)

Brüsseldə NATO sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri arasında keçirilən təkbətək görüş bir sıra qaranlıq mətləblərə aydınlıq gətirəcək.

Ən əsası Cənubi Qafqazda Türkiyənin əhəmiyyətini Amerika Birləşmiş Ştatları bir daha anlayacaq.

Politoloq Zaur Məmmədov bildirdi ki, bu görüşün fonunda Amerika regiondakı layihələri dəstəkləməlidir. Elə Zəngəzur dəhlizini. Birləşmiş Ştatlar kimi bir güc dövləti əslində bu lahihənin əhəmiyyətini cox yaxşı anlayır. Odur ki, erməni birləşmələrinin bölgədən çıxarılmasında Amerika Birləşmiş Ştatlar Azərbaycanın və Türkiyənin yanında olmalıdır.

Uzun müddətdir ki, Vaşinqtonla Ankara arasında soyuqluq yaradan "soyqırım" ifadəsinə gəlincə, görüşdə Baydenin Türkiyə kimi müttəfiqlə ehtiyatlı rəftar etməsi istisna edilmir.

Politoloqlar da hesab edir ki, ABŞ-ın regionda Türkiyə və Azərbaycanla əməkdaşlıq fikrindən vaz keçəcək qədər sadəlövh deyil… Bu görüşdən sonra Amerika Birləşmiş Ştatlarla Türkiyə münasibətlərinə yenidən baxılacaq.

Qeyd edək ki, bu gün Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti sabahkı səfəri Azərbaycana olacaq.

 

0
147
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar