Ermənistan Azərbaycanın bu tədbirdə iştirakına VETO Qoyub? -Təhlükə və risklər artır...

“Erməni-rus mətbuatı yazır ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) 29-30-da Kazanda keçirilən hökümətlərarası Şurasının toplantısında Azərbaycanın iştirakına Ermənistan veto qoyub. Bu barədə Ermənistanın baş naziri müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan mətbuata açıqlama verib. O izahat verib ki, üzv olmayan dövlətlərin iclasda iştirakı üzv dövlətlər arasında konsensus əsasında həyata keçirilir”.

Bu barədə KONKRET.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib. O bildirib ki, bununla bağlı Azərbaycan tərəfi heç bir rəsmi açıqlama verməyib: “Əvvəla qeyd edim ki, Rusiyanın faktiki rəhbərlik etdiyi İttifaqa Azərbaycanın daxil olmasını arzulamıram. Bu, siyasi cəhətdən yalnışlıq olar, iqtisadi suverenliyimizə xələl gətirər, təhlükə və riskləri artırar. İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən-ilə daha da pis nəticələrə imza atır. Belə ki, ötən il ərzində Aİİ-nin üzv ölkələri arasında ticarət dövriyyəsi 12,3 faz azalıb. Üçüncüsü, Aİİ-də üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Ona görə də bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyil. Nəhayət, Aİİ-yə üzvlük Azərbaycanın avrointeqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq”.

 

Qubad İbadoğlu əlavə edib ki, Aİİ-yə üzvlük Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin (DSFTA) imzalanmasına əngəllər törə bilər ki, bu da ölkəmizin beynəlxalq investisiya və tiracət əməkdaşlığından faydalarını azaldacaq: “Hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabliyyətinin artırılması mümkün deyil. Azərbaycan Porterin məşhur 4 mərhələli inkişafının (resurs, investisiya, innovasiya və sərvət) birinci və ikinci pillələri arasında qalacaq. 3-cü (innovasiya) və 4-cü (sərvət) pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda Aİİ bizə lazımdırmı? Əlbəttə ki, yox! Əgər belə bir şey baş veribsə, o zaman ermənilər bizə yaxşılıq ediblər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

0
294
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar