Ermənistanla sərhəddə təxribat cəhdi: "Güc görəndə “meymun”a dönürlər" - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb. Hadisə Zəngilan istiqamətində baş verib.

Görüntülərdə açıq şəkildə görünür ki, erməni hərbçilər sərhəd xəttini pozmağa çalışır, Azərbaycan hərbçiləri isə sərgilədikləri təmkin və prinsipiallıqla buna imkan vermir.

“Sərhəddin hər millimetri namus deməkdir. Bütün dünyada gülünc vəziyyətə düşməmək üçün hər bir millimetri, santimetri qorumalıyıq”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib. Onun sözlərinə görə, Azərbaycan əsgərləri həm məğrur duruşu, sakitliyi, həm də sərt baxışları ilə bunu sübut etdi.

 

Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Mən Birinci Qarabağ savaşçısıyam və onların psixologiyasını çox yaxşı tanıyıram. Gücün qarşısında güc görəndən sonra onlar “meymun”a dönürlər. Əminəm ki, hərbçilərimiz düzgün addım atıblar. Bizim əsgərlərimiz duruşları, fiziki hazırlıqları ilə dəfələrlə ermənilərdən üstündür.

Videoda da gördünüz ki, erməni polkovniki bizim zabitə deyir ki, “səni heç kim saymır, sizdə xaosdur”. Rus dilini bilən bizim əsgərimiz isə bu sözlərdən sonra erməni polkovnikin üstünə yeridi və dedi ki, “bizi təhqir etmə”. Erməni polkivnik dərhal geri çəkildi və təhqir etmədiyini bildirdi. Erməni elə xalqdır ki, qarşısında güc, qüvvə görməlidir”.

Elçin Axundzadənin sözlərinə görə, bundan sonra da hər qarış torpağımız üçün belə mübarizə aparmalı, erməni və yaxud kimsə sərhəddi keçərsə, dərhal cavablarını verilməliyik.

Hərbi ekspert Ədalət Verdiyev yayılan videoya münasibət bildirən zaman söyləyib ki, qarınla döyüş, sərhəddə deyil, sumo üzrə güləşdə ola bilər. Onun sözlərinə görə, sərhəddi pozan ya saxlanılmalı, ya da məhv edilməlidir.

“Ali Baş Komandanın növbəti erməni təxribatlarının onlar üçün faciə ilə nəticələnməsi barədə verdiyi bəyanatdan sonra, heç bir komandan, komandir və ya rəis sərhədlərin toxunulmazlığı, təhlükəsizlik, suverenlik və ərazi bütövlüyü məsələsində təmkin numayiş etdirə bilməz”,-deyə bildirib.

0
276
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar