“European Tobacco-Baku”nun səhmlərinin bazar dəyəri nominal dəyərindən 2 dəfə çoxdur

Mayın 17-də "Bakı Fond Birjası" QSC-də “European Tobacco-Baku” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.

Birjanın dərc etdiyi məlumata görə, əqdlər şirkətin 120 səhminin realizə edilməsini nəzərdə tutur.

Nominal dəyəri 20 manat olan qiymətli kağızlar 40 manatdan realizə edilib. Başqa sözlə, “European Tobacco-Baku”nun səhmlərinin bazar dəyəri nominal dəyərini 2 dəfə üstələyib.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.

1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!

Report

European Tobacco-Baku
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar