Çexiyada elektrik enerjisinə ƏDV ləğv edilə bilər

Çexiya hökuməti gələn həftə elektrik enerjisinə əlavə dəyər vergisinin ləğv edilməsi haqqında qanun layihəsinə baxacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu respublikanın Baş naziri Andrey Babiş jurnalistlərə açıqlamasında deyib.

Bildirilir ki, tədbirə səbəb kimi qiymətlərin kəskin artması göstərilir.

"Hökumətin elektrik enerjisinə ƏDV-nin 21 faizdən sıfıra endirilməsi haqqında qanun layihəsini müzakirə etməsini və parlamentə göndərməsini istəyirəm", - siyasətçi deyib. Babiş vurğulayıb ki, respublika sakinlərinin son vaxtlar elektrik enerjisinin qiymətinin sürətlə artmasından təsirlənməməsi üçün belə bir addımın atılmasının lazım olduğuna əmindir.

Onun sözlərinə əsasən, Çexiya hakimiyyəti ölkədə elektrik enerjisinin qiymətinin artmasını əhaliyə kompensasiya etməli olan bir sıra iqtisadi tədbirlər hazırlayır.

Milli.Az

Mənbə:
0
152
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar