Azərbaycan bankları 2022-ci ilin ilk 6 ayında xarici valyuta ilə əməliyyatlardan 138 milyon 281 min manat gəlir əldə ediblər.
Eləcə də bax: Xarici valyuta satışından ən çox qazanc əldə edən banklar - RENKİNQ (30.06.2022)
FED.az xəbər verir ki, xarici valyuta əməliyyatlarından ən böyük gəliri Azərbaycan Beynəlxalq Bankı (ABB) əldə edib – 45 milyon 830 min manat. Başqa sözlə, bank sektorunun bu əməliyyatlardan əldə etdiyi gəlirlərin 33%-i ABB-nin payına düşüb.
«Kapital Bank» və «Paşa Bank» bu əməliyyatlardan müvafiq olaraq 23,6 milyon manat və 21,8 milyon manat gəlir əldə edib. Başqa sözlə, bank sektorunun bu sahədən əldə etdiyi ümumi gəlirin 3-də biri «Paşa Holdinq»ə daxil olan iki bankın payına düşür.
Xarici valyuta əməliyyatlarından əldə edilən gəlirlərin həcminə görə sonrakı yerləri “Bank Respublika” və “Muğanbank” tutur – müvafiq olaraq 6,9 milyon manat və 6,3 milyon manat.
«Bank VTB Azərbaycan» rusiya rublu ilə əməliyyatların kəskin artması səbəbindən valyuta əməliyyatları üzrə 5 milyon manatlan artıq gəlir əldə edhib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ölkənin ayrı-ayrı ərazilərində aparılacaq tikniti işləri ilə bağlı elan edilmiş 10 tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, sözügedən tenderlər Şamaxı və Astarada fərdi evlərin tikintisi, eləcə də FHN-nin Bərdə rayonundakı obyektində təmir işlərini, eləcə də Ağsuda artezian quyusunun qazılmasını əhatə edir.
Açıqlanan tenderlərin ümumi məbləği təqribən 3,3 milyon manatdır.
Sifarişlərin böyük hissəsi – yarıdan çoxu "RİCON" MMC şirkətinə çatıb. Bu şirkət Astarada 18 fərdi evin tikintisi üçün 1 milyon 648 min manat sifariş götürüb – 1 fərdi evin tikintisi 91 min manata başa gələcək.
Daha 3 tenderi «Təməl Tikinti» MMC əldə edib – təqribən 780 min manatlıq sifariş.
Bu tenderlərdən biri üzrə Şamaxıda 4 fərdi evin tikintisi 240 min manata başa gələcəuk – orta hesbala 1 fərdi ev 60 min manata.
«Raha İnşaat» MMC, «Hidroqazma» MMC və «Girdiman Group» MMC isə Şamaxı, İsmayıllı və Tovuz rayonlarında fərdi evlərin bərpası və təmiri ilə məşğul olacaqlar – onlara verilən sifarişin ümumi məbləği 562 min manat ətrafındadır.
Beləliklə
«RİCON» MMC (1900014631) - Astara rayonu, Şümrüd kəndinin Rəzoə haym adlanan ərazisində 18 ədəd yeni fərdi yaşayış evlərinin tikintisi – 1 648 208 AZN
«Təməl Tikinti» MMC (1006377091) - Şamaxı rayonunda 3 ədəd 2 otaqlı və 1ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi (4 ev) – 240 437 AZN
«Təməl Tikinti» MMC (1006377091) - Ağsu rayonunun Xatman kəndi ərazisində salınmış yaşayış məhəlləsində mühəndis təchizatı və qurğuların layihələndirilməsi işləri – 237 649 AZN
«Təməl Tikinti» MMC (1006377091) - FHN-nin Xususi Riskli Xilasetmənin Bərdə rayonunda yerləşən Mina əleyhinə Xususi Təyinatlı Alayının inzibatı binasında təmir işləri və Mina əleyhinə Xususi Təyinatlı Alayının itlərin saxlanılması üçün volyerin tikintisi – 212 314 AZN
«Private Life» MMC (3401498271) - Şamaxı rayonu ərazisində 4 ədəd fərdi yaşayış evlərinin bərpası – 139 227 AZN
«Tərəqqi-Ş» MMC (1302085961) - Şamaxı şəhərində 6 ədəd fərdi yaşayış evlərinin bərpası – 217 870 AZN
«Raha İnşaat» MMC (1504940561) - Şamaxı şəhərində 1 ədəd, Şamaxı rayonunun Çarhan kəndində 1 ədəd və Tovuz rayonunun Donqar Quşçu kəndində bir ədəd fərdi yaşayış evinin bərpası (3 ədəd ev)” – 117 353 AZN
«Hidroqazma» MMC (1005178991) - Şamaxı rayonunda 8 ədəd fərdi yaşayış evlərində bərpa işləri – 201 754 AZN
«Girdiman Group» (5400942721) - Şamaxı və İsmayıllı rayonları ərazisində 14 ədəd fərdi yaşayış evlərində bərpa işləri – 242 567 AZN
Türkiyə və Rusiya təbii qaz ödənişlərində rublla bərabər türk lirəsini də müzakirə edir.
FED.az xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii Sərvətlər naziri Fatih Dönmez deyib.
O əlavə edib ki, 2023-cü ilin martında Qara dəniz qazının quruda ilk istifadəsi gözlənilir. Bundan əlavə, nazir Akkuyu AES-in tikintisində gecikmənin yolverilməz olduğunu da vurğulayıb. (Apa)
«Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC paytaxtda səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderlə veriləcək sifarişin ümumi həcmi 5 milyon manatdan artıq olacaq. Amma «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC satın alınacaq işlərin siyahısını gizli saxlayıb.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs: Əhməd Məmmədov, telefon: 496-52-05.
LOT 1 - 2000,00 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 120 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqli);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 02 sentyabr 2022-ci il saat 11:00-a və tender təklifi ilə bank təminatı sənədlərini möhürlənmiş zərfdə Nəcəfqulu Rəfiyev, 17 ünvanına 12 sentyabr 2022-ci il saat 17:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 sentyabr 2022-ci il saat 11:00-da Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.
Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.
Eləcə də bax: Ermənilər Laçını belə tərk edir - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.
Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.
Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.
Adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir.
Eləcə də bax: Evi olduğu halda ipoteka krediti götürənlərlə bağlı – YENİ MƏHDUDİYYƏT
FED.az xəbər verir ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar.
Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.
Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub.
Çərşənbə günü ABŞ-da proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra Federal Ehtiyatlar Sisteminin ultra-şahin monetar siyasətini yumşaldacağı ehtimalları qlobal birjalarında risk iştahını artırıb.
İnflyasiyanın geriləməsi dollar indeksinin də 104 bənd hədlərinə qədər düşməsinə səbəb oldu. Nəticədə dollar major valyutalar qaşısında kəskin ucuzlaşdı. Təhlillərə əsasən dollar indeksi 104 bənd dəstəyinin altına düşərsə, EUR/USD cütlüyü 1.04$, GBP/USD cütlüyü isə 1.23$-ə kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Böyük supermarketlərdən alış-veriş etdikdə bəzən alıcılar məhsulun rəf qiymətləri ilə kassa qiymətlərinin üst-üstə düşməməsindən gileylənirlər. Vətəndaşlar hətta bununla bağlı sosial şəbəkələrdə paylaşım da edirlər. Bəs belə hal yaranarsa, istehlakçılar öz hüquqları barədə nə dərəcədə məlumatlıdırlar və onların iddiaları nə qədər əsaslıdır?
Ölkənin pərakəndə sektorunda fəaliyyət göstərən “Veysəloğlu Şirkətlər” Qrupunun nümayəndəsi Səadət Hənifəyeva alıcılar üçün vacib məqamlara toxunur.
- Rəf qiymətləri ilə kassa qiymətləri arasında fərqin səbəbi nədir?
- Bu gün pərakəndə sektorunun təmsilçisi kimi suallarınızı cavablandırsam da, mən özüm də sadə bir istehlakçıyam və dediyiniz çətinliyi bəzən mən də yaşayıram. Lakin hamımız insanıq və baş verənlərin insan amili səbəbindən yarandığını anlayırıq.
Mən özüm də marketlərdə rəf və kassa qiymətləri arasındakı fərqi görmüşəm. Hətta bəzən bizim komandaya da istehlakçılardan bu problemlə bağlı sorğular gəlir. Böyük market şəbəkələrində məhsulun rəf qiyməti ilə kassa qiyməti arasında fərqin yaranmasının əsas səbəbi elə dediyim kimi insan amilidir. Yəni burada hər hansı bir qərəz yoxdur. İnsan amili dedikdə, yəni bilərəkdən edilməyən, amma nəticəsində istehlakçıları narahat edən nöqsanları nəzərdə tuturam.
- Konkret misallar gətirə bilərsinizmi?
- Məsələn, məhsul qiymətlərində dəyişikliklər baş verdikə qiymət kassada avtomatik olaraq yenilənir. Mağazanın aidiyyəti əməkdaşları da bununla bağlı dərhal məlumatlandırılır. Amma nəzərə alaq ki, marketlərdə minlərlə məhsul çeşidi təqdim olunur və qiymətlərin rəflərdə dəyişdirilməsi fiziki olaraq müəyyən vaxt alır. Belə ki, bəzi texniki səbəblərdən bəzən istər-istəməz əməliyyatlarda ləngimələr baş verə bilər. Vitrində dəyişiklik edilənə qədər istənilən birimiz hansısa məhsulu alırıqsa, nəticədə kassada qiymət fərqi yaranır. Əlbəttə ki, sonra marketlər öz nöqsanını qəbul edib müştərilərindən üzrxahlıq edirlər.
- Bəs insan amili dedikdə, istehlakçıları da nəzərdə tutursunuzmu?
- Əlbəttə, istehlakçı kimi biz də müəyyən səhvlərə yol veririk. Sadə nümunə ilə izah edim. Mağazaya daxil oluruq, alış-veriş edən zaman istədiyimiz məhsulu vitrindən götürür, tərkibini incələyir və yenidən vitrinə qoyuruq. Bəzi hallarda bu məhsulu geri qoyan zaman əvvəlki yerinə deyil, digər məhsulların sırasına yerləşdiririk. Belə olan halda bizdən sonra gələn müştəri həmin məhsulu öz yerində deyil, digər məhsulların arasında görür. Bu zaman təbii ki, fərqli qiymət alıcılarda çaşqınlıq yaradır. Bu kimi halların yaranmaması, vitrinlərə nəzarətin gücləndirilməsi üçün satıcılarımızı daima təlimatlandırırıq.
- Qiymət fərqini görən alıcı nə etməlidir?
- Bəli, haqlı sualdır. Çünki biz Şirkətlər Qrupu olaraq, pərakəndə bazarında digər oyunçular kimi, müştərilərimizin hüquqları barədə ciddi düşünürük. Bununla bağlı bizə aid mağazalarımızda məlumatlandırıcı lövhələr quraşdırmışıq. Burada alıcı məmnuniyyətinə hədəflənən 4 prinsip əks olunub: 1) Marketlərimizdən alınan məhsullar kassa çeki və ya qəbzi təqdim olunmaqla 15 gün ərzində geri qaytarıla bilər; 2) Müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ona hədiyyə verilir; 3) Marketlərdə çap xətası ilə əlaqədar hansısa məhsulun qiyməti aşağı elan edilərsə, bu qiymət kassada da keçərlidir; 4) Marketdə rəf qiyməti ilə kassa qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) aşağı olan qiymət keçərlidir.
Sadaladığım prinsiplərin hamısı bizim üçün sadəcə şüarlar deyil. Mağazalarımızda bu prinsiplərə riayət edilir. Həmçinin hansısa şikayət və ya sorğu daxil olduqda biz buna operativ cavab verməyə çalışırıq. Məlumat üçün bildirim ki, “Araz” mağazalarımızın bir çoxunda barkodu oxuyan cihazlar var ki, kassaya yaxınlaşmadan da qiymətlər barədə məlumat ala bilərsiniz.
- Əgər bu, insan amili səbəbindən yaranan problemdirsə, buna digər ölkələrin bazarlarında da rast gəlinirmi?
- Maraqlı bir faktı deyim ki, rəf qiymətləri ilə kassa qiymətləri arasında fərqə yalnız Azərbaycanda rast gəlinmir. Qərbdə də belədir. Məsələn, 2020-ci ildə Niderlandın ən böyük supermarketlər şəbəkələri olan “Albert Heijn” and “Jumbo”da ən azı 22% məhsulun rəf və kassa qiymətləri fərqli olub. Böyük Britaniyadakı “Coop” marketlərində 8%, Almaniyanın “Plus” marketlərində 15%, “Lidl” marketlərində isə 7% məhsulun rəf və kassa qiymətləri arasında fərq müşahidə edilib. Qonşu Türkiyədəki “BİM” və “ŞOK” marketlərdə də bu kimi hallar yaşana bilir.
Bir istehlakçı olaraq, bu hal bizi qane etməsə də, yəqin anlayışla qarşılayarsınız ki, insanın səhv etməsini istisna edə bilmirik. Amma təbii ki, nöqsanların azaldılması və hətta minimuma endirilməsi üçün çalışırıq. Həmçinin istehlakçıların məmnuniyyətini və qanunvericilik çərçivəsində hüquqlarını təmin etmək də əsas hədəfimizdir.
- Bəs müştəri məmnuniyyətini necə təmin edirsiniz?
- Adətən, marketlər məhsulun rəf qiymətləri ilə kassa qiymətlərinin üst-üstə düşməməsindən şikayətçi olan istehlakçılarla müştəri xidmətləri üzrə nümayəndələrimiz əlaqə saxlayıb üzrxahlıq edirlər. Ümumiyyətlə isə əsas addımımız problemin haradan qaynaqlandığını araşdırmaq və çevik həllə nail olmaqdır.
Şirkətimizin əsas dəyərlərindən biri də ədalətlilikdir. Bu isə o deməkdir ki, müştərilərimizlə də münasibətdə ədalətli olmağa çalışırıq. Biz marketçiliklə məşğul oluruq və alıcı məmnuniyyəti bizim üçün prioritetdir. İstehlakçıların əsas ehtiyacı olan məhsulları onlara mümkün olan yaxşı keyfiyyət və mümkün aşağı qiymətlərlə təqdim etməyə çalışırıq.
Qəbul edirik ki, müştərilərimiz bəzən bizə müəyyən nöqsanlar barəsində məlumat verir. Bu cür sorğular üzrə işləyən komandamız həmin müraciətləri vaxtında araşdırır və həll etmək üçün çalışır. Biz sosial şəbəkələr vasitəsilə alıcılarımızı istehlakçı hüquqları barədə məlumatlandırır, onları alış-veriş zamanı daha diqqətli olmağa çağırırıq. İnsan amili olan yerdə müəyyən nöqsanlar da yarana bilər və biz müştərilərimizi narahat edən istənilən nöqsana görə məsuliyyətimizi dərk edirik. Əsas hədəfimiz ədalətli ticarət və müştərilərimizin məmnuniyyətidir.
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 210 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib. (Apa)
Rusiyada 2022-ci ilin iyulunda illik inflyasiya iyundakı 15,9%-dən 15,1%-ə enib.
FED.az "Rosstat"ın məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri aylıq olaraq 0,39% azalıb (deflyasiya qeydə alınıb).
2022-ci ilin iyul ayında ərzaq məhsulları 2021-ci ilin iyul ayı ilə müqayisədə 16,76% bahalaşıb, iyun ayı ilə müqayisədə isə 1,53% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları illik ifadədə 16,5% bahalaşıb, aylıq ifadədə 0,44% ucuzlaşıb. Xidmətlərin dəyəri iyul ayı ilə müqayisədə 1,41%, illik ifadədə isə 10,75% artıb.
İyul ayında meyvə-tərəvəzin maya dəyərinin azalması ərzaq məhsullarının qiymət dinamikasına əhəmiyyətli təsir göstərib. Belə ki, ağ kələm 33,2 faiz, kartof 27,6 faiz, çuğundur 27,1 faiz, üzüm 15,7 faiz, banan 14,2 faiz, pomidor 14 faiz, yerkökü 13,3 faiz, armud 11 faiz, ucuzlaşıb, portağal 8,9 faiz, sarımsaq 8,5 faiz, xiyar 7,7 faiz, alma 5,9 faiz, soğan 4 faiz bahalaşıb. (Marja)
Bu ilin I yarısında Azərbaycanda beynəlxalq avtomobil daşımaları ilə məşğul olan 204 fiziki və hüquqi şəxs olub.
Eləcə də bax: DYP: "Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslər 5 min manatadək cərimələnəcək" - SİYAHI
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Son 1 ildə beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 2,7 dəfə artaraq 7 208-ə çatıb.
Hesabat dövründə daşıyıcılara 1 il əvvələ nisbətən 29,7 % çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22,4 % artması deməkdir.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 % artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6 815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2 234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7,7 %, Gürcüstan istiqamətində 10,2 %, Rusiya istiqamətində 5,4 %, İran istiqamətində isə 7,2 % artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3,2 % böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39,5 % idisə, 2022-ci ildə bu rəqəm 47 % təşkil edir.
Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8 242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12 726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54,4 % artım deməkdir.
Xaçmaz rayonunun şaftalı bağlarında məhsul yığımı davam edir.
FED.az xəbər verir ki, yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.
Xaçmaz rayonu ərazisində ümumilikdə 2 min 900 hektar şaftalı bağı var. Bağlarda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi sortları yetişdirilir.
Bu il məhsuldarlıq yüksəkdir. Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin Nərəcan kəndinin şaftalı bağlarında fermerlər və kənd ağsaqqalları ilə görüşündə məlumat verilib.
Bildirilib ki, Xaçmazdakı şaftalı bağları 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il rayonda 7 min tondan çox şaftalı toplanır.
Kənd ağsaqqalları və fermerlərlə söhbət zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yeni meyvə bağlarının salınması və məhsuldarlığın artırılması istiqamətində fermerlərə dövlət dəstəyi davamlı xarakter daşıyır.
Fermerlər aqrar sektorun inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. (Azərtac)
Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevin iddiası üzrə növbəti proses keçirilib.
FED.az xəbər verir ki, o, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı mülki çəkişmə bir neçə məhkəmə instansiyasında davam edir.
Son olaraq Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev bildirib ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.
Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.
Ötən prosesdə iddiaçı Riyad Əliyevin vəkili və nümayəndəsi Gülşən Salmanova prosesin qapalı keçirilməsini, jurnalistlərin iştirakı olmadan davam etdirilməsini istəmişdi. Hakim Günel Əkbərli vəkilin vəsatətini yazılı şəkildə təqdim etməsi üçün prosesdə bir neçə günlük fasilə elan etmişdi.
Avqustun 10-na təyin olunmuş prosesdə vəkil 1 vərəqdən ibarət olan vəsatətini məhkəməyə təqdim etdi. Gülşən Salmanova vəsatətində ümumi sözlərlə işdə kommersiya sirlərinin, məhkəmə iclasında səsləndiriləcək ailə və şəxsi həyatla bağlı məsələlərin nəzərə alınaraq prosesin qapalı keçirilməsini xahiş edib.
Cavabdeh tərəfin vəkilləri bildiriblər ki, vəsatət əsaslandırılmayıb, işdə kommersiya sirlərindən söhbət getmir. Belə sirrlərin olacağı təqdirdə iddiaya Kommersiya Məhkəməsində baxılmalıdır. Ailə sirlərinə gəldikdə isə yenə də həmin sirrlər olacağı halda, məhkəmə prosesinin həmin hissəsində prosesin qapalı keçirilə bilməsini məhkəmənin diqqətinə çatdırıblar. Vəkillər əlavə edib ki, iddia etibarnamələrin ləğv edilməsinə etiraz olduğu üçün burada ailə sirrindən və şəxsi məlumatlardan söhbət gedə bilməz. Hakimin diqqətinə çatdırıblar ki, məhkəmə iclasında media nümayəndələrinin iştirakına etiraz etmirlər.
Hakim vəsatətə münasibət bildirmək üçün müşavirə otağına gedib. Bir neçə dəqiqə sonra geri dönən hakim vəsatətin təmin edildiyini elan edib. Prosesin qapalı keçirilməsini əsaslandırmaqdan yayınıb.
Cavabdeh tərəfin vəkilləri prosesin qapalı keçirilməsi üçün əsasların olmadığını hakim diqqətinə çatdırmaqla etirazlarını bildiriblər. Bundan sonra proses iddiaçı və cavabdeh tərəfin vəkillərinin iştirakı ilə davam etdirilib.
Proses 29 avqust 16:30-da davam etdiriləcək.
Qeyd edək ki, Prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.
İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi. İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb. Şahbaz Şahbazov barəsində cinayət işi başlanıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Riyad Əliyev tez-tez qalmaqallı hadisələrlə gündəmə gəlib. O, daha əvvəl yol polisləri ilə dava etdiyinə görə inzibati qaydada həbs edilib.
Bundan başqa onlara məxsus “Riad” mühafizə şirkətinin adı da müxtəlif qalmaqallara qarışdığı üçün lisenziyası ləğv edilib. (musavat.com)
ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin, gələn il isə "Cybertruck" pikapının tədarükünə başlayacaq.
FED.az xəbər verir ki, bunu şirkətin icraçı direktoru İlon Mask özünün "Twitter" səhifəsində yazıb.
Aprel ayında biznesmen şirkətin Texasda yeni zavodunun açılışına həsr olunmuş tədbir zamanı 2023-cü ildə həm "Cybertruck", həm də "Semi"nin tədarükünə başlayacağını vəd etmişdi.
İnvestorlar həmçinin, İ.Maskın "Twitter Inc"i almaq üçün müqaviləni imzalamaq məcburiyyətində qalma ehtimalı qarşılığında "Tesla"nın 6,9 milyard dollarlıq səhmlərini satması xəbərini də qiymətləndirirlər.(Trend)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) açıq məkanda reklam fəaliyyəti göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib.
FED.az xəbər verir ki, tədbir Dövlət Reklam Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunub.
AİBNDX-nin nümayəndəsi Firuzə Hüseynova reklam sahəsində sahibkarların, müəssisə və təşkilatların qarşılaşdıqları məsələlər, sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.
Dövlət Reklam Agentliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri açıq məkan reklamlarında əmtəə nişanından istifadə qaydaları, dil normaları, sistem üzərində hesab-fakturanın əldə edilməsi, reklam yerləşdirilməsinə dair icazə, dövlət rüsumu və ödənilən haqqın məbləği, yayımlanan reklamın formatı və digər məsələlərlə bağlı məlumat veriblər.
Qeyd edək ki, nəqliyyat vasitələrində və telekanallarda reklam sifarişi verən subyektlərin qeyd olunan sahədə maarifləndirilməsi məqsədilə cari il ərzində AİBNDX tərəfindən müvafiq seminarların keçirilməsi nəzərdə tutulur.
B
Bəzən təcrübədə satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-6.1-ci maddəsinə əsasən tenderdə qalib gəlmiş təklifi müəyyənləşdirmək məqsədilə texniki göstəricilərə uyğun olaraq hər bir mal vahidi üzrə uyğun nümunənin təqdim edilməsi tələb edildiyinin şahidi oluruq.
Bəs belə bir tələb qanunidirmi?
Hesab edirəm ki, satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir. Belə ki, müvafiq Qanunun 50-6-cı maddəsi “Elektron satınalmadan sonra tələblər” adlanır. Həmin maddənin adından da göründüyü kimi, bu maddənin imperativliyi satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklif olduqda qüvvədə olur. Həmin Qanunun 50-5-ci maddəsinə əsasən satınalan təşkilata elektron satınalma keçirilən zaman “Elektron satınalma zamanı tələblər” şamil edilə bilər. Belə olan halda isə tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi həmin Qanunun 36-cı maddəsinə əsasən əsasən aparılır və qalib gəlmiş tender təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir.
Daha sonra həmin Qanunun 37-ci maddəsinə əsasən Tender komissiyası müvafiq qərar qəbul edir və həmin Qanunun 40-cı maddəsinə əsasən bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. Bundan başqa, satınalan təşkilat nümunələrin tələb edilməsini onunla əsaslandırır ki, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı üçün podratçıya belə bir tələb ilə müraciət edilir. Lakin satınalan təşkilat unudur ki, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatına dair həmin Qanunda anlayış verilmişdir. Belə ki, bu anlayışa görə tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminatdır. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər.
Beləliklə, qanunvericiliyin mənasından aydın olur ki, tender təklifi verən iddiaçı (podratçı) satınalan təşkilata satınalma müqaviləsi bağlanmamışdan əvvəl sözügedən əsas şərtlər toplusunun müvafiq bölməsində qeyd olunan “satın alınan malların siyahısı və texniki tələblər”ə uyğun nümunələr təqdim etməyə borclu deyildir.
Çünki satınalan təşkilatın tender komissiyası tərəfindən təsdiq olunan tenderin əsas şərtlər toplusunun satın alınan malların siyahısı və texniki tələblər bölməsində əsas şərtlər toplusunda göstərilən zəruri texniki və keyfiyyət xüsusiyyətlərinə görə hər bir maddi dəyəri üzrə uyğun nümunənin təqdim edilməsi üçün podratçı bu tenderdə qalib elan edilməli, podratçı ilə satınalan təşkilat arasında satınalma müqaviləsi bağlanmalı, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə imzalanmalı və müqavilə tərəfləri üçün hüquq və vəzifələr müəyyən edilməklə, qarşılıqlı öhdəlik münasibətləri yaranmalıdır. Qeyd olunanlar reallaşacağı təqdirdə müvafiq texniki şərtlər toplusunda qeyd olunan “satın alınan malların siyahısı və texniki tələblər”ə uyğun nümunələr təqdim edilməlidir.
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili
(e-hüquq.az)
24 sentyabr 2022-ci il tarixində "Bakı Toxucu" QSC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. "Bakı Toxucu" QSC-nin illik hesabatı.
2. "Bakı Toxucu" QSC-nin İdarə Heyəti sədrinin seçilməsi.
3. "Bakı Toxucu" QSC-nin İdarə Heyətinin üzvlərinin seçilməsi və digər təşkilati məsələlər.
4. Səhmlərin alqı-satqısı.
Yığınca Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 47 ünvanında keçiriləcəkdir.
Koronavirus pandemiyası iki ildən çoxdur ki, dünyanı ağuşuna alıb. Üstəlik COVID-19-un bir-birindən təhlükəli ştamının yaranması dünya ölkələrini yeni problemlə qarşı qarşıya qoyub. Əgər 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli məkanlar adlanırdısa, son aylar bu siyahı tamamilə yenilənib və dəyişib. İndi tamamilə başqa ölkələr pandemiya dövründə təhlükəli olan ölkələr adlanırlar. Üstəlik, meymunçiçəyi xəstəliyini də bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğu məlum olur.
Eləcə də bax: “Payızda karantin tətbiq oluna bilər” - TƏBİB RƏSMİSİ
FED.az dünyanın ən təhlükəli ölkələrinin siyahısını təqdim edir.
Araşdırmalar, statistik göstəricilər sübut edir ki, hazırda pandemiya baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də təkcə son sutkada 196 732 nəfər insan koronavirusa yoluxub, 250 nəfər ölüb. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 14 618 271 nəfərə, ölənlərin sayı isə 34 075 nəfərə çatıb.
Üstəlik, ötən ay Yaponiyada meymunçiçəyi xəstəliyinə yoluxma da qeydə alınıb.
Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da son gün ərzində daha 175 nəfər koronavirusun qurbanı olub, 26 703 insanda COVID-19 aşkarlanıb.
ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. ABŞ-da 6,6 min nəfərdən çox insan bu virusa yoluxub.
Qərbi Avropa ölkəsi İtaliyada da vəziyyət olduqca acınacaqlıdır. Ölkənin səhiyyə orqanlarının ümumiləşmiş məlumatına görə, son sutkada 145 koronavirusdan ölüb, daha 31,699 təhlükəli virus aşkarlanıb.
Avstraliyada son sutkada pandemiya qurbanlarının sayı 133 nəfər təşkil edib, 27 329 nəfərdə koronavirus aşkarlanıb.
Siyahıdakı ilk yerlərdə Meksikanın da adı var. Şimali Amerika ölkəsində 95 nəfər koronavisusdan ölüb, daha 15 738 nəfərdə COVID-19 aşkar edilib.
Qonşu İranda da vəziyyət ürəkaçan deyil. İslam Respublikasının səlahiyyətli orqanlar bildirir ki, koronavirus daha 90 nəfərin həyatına son qoyub, COVID-19 xəstələrinin siyahısına əlavə olaraq 5 635 nəfər qoşulub.
Fransa son bir gündə 88 vətəndaşını COVID-19-dan itirdiyini, daha 27 081 insanda təhlükəli virusun aşkarlandığını açıqlayıb.
Macarıstanda da son sutkada onlarla insan koronavirusdan vəfat edib. Məlumata görə, 80 nəfər koronavirusun qurbanı olub, 18 078 insanda təhlükəli virus aşkarlanıb.
Siyahıya həmçinin Rusiya (son sutkada 56 ölüm, 23 771 yeni yoluxma), Cənubi Koreya (bir gündə 50 ölüm, 151 734 yeni yoluxma), Tailand (sutkalıq 32 ölüm, 2 335 yoluxma), Polşa (31 ölüm, 4,482 yeni yoluxma), Rumıniya (25 ölüm), Filippin (25 ölüm) və digərləri daxildir. (Report)