Fransada fövqəladə vəziyyət rejimi uzadılır

Fransa hökuməti ölkədə "COVID-19" ilə bağlı fövqəladə vəziyyətinin gələn ilin 31 iyuluna qədər uzadılmasını təklif edib.

Publika.az xəbər verir ki, hökumət nümayəndəsi Qabriel Attal uzadılması haqqında qanun layihəsinin Fransa parlamentində səsə qoyulacağını bildirib.

Xatırladaq ki, Fransada mövcud fövqəladə vəziyyətin tətbiqi 15 noyabrda bitir.

Mövcud qaydalara görə, vətəndaşlar barlara, restoranlara, kinoteatrlara, teatrlara və digər yerlərə daxil olmaq üçün "COVID-19" buraxılış vərəqəsindən istifadə etməlidirlər.

Pandemiyanın başlanmasından Fransada 7 milyondan çox "COVID-19"a yoluxma hadisəsi aşkarlanıb, onlardan 117 mindən çoxu ölümlə nəticələnib. İndiyə qədər ən az 50 milyon sakin bir dozada "COVID-19" peyvəndi almışdır ki, bu da ölkə əhalisinin təxminən 75.5 faizini təşkil edir.

Mənbə:
0
183
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar