G7 dünya ölkələrinə vaksinlərin 1 milyard dozasını ayıracaq

“Böyük Yeddilər” (G7) ölkələri başqa dövlətlər üçün koronavirus vaksinlərinin azı 1 milyard dozasını ayırmaq niyyətindədir.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.

Consonun sözlərinə görə, vaksinlərin yarısını ABŞ, 100 milyon dozasını Böyük Britaniya ayıracaq.

Qeyd edilir ki, birinci partiyadan 5 milyon doza ən yaxın həftələrdə çatdırılacaq, yerdə qalan hissə isə növbəti il ərzində ixrac paylanılacaq.

Britaniya baş naziri G7-nin digər ölkələrinin də vaksinlərin çatdırılmalarında kömək edəcəyini gözləyir, çünki, bu bütün dünyanın koronavirusdan bərpa olunmasına kömək edəcək.

ABŞ prezidenti Cozef Bayden də öz növbəsində bildirib ki, bütün dünyada vaksinlərin əlçatan olması üçün Vaşinqton başqa ölkələrə COVID-19 preparatlarının 500 milyon dozasını paylayacaq. Ağ Ev bundan əvvəl koronavirus vaksininin 500 milyon dozasının əldə edilməsi ilə bağlı “Pfizer” və “BioNTech” şirkətləri ilə saziş bağlayıb.

0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar