Göygöldə oğurluq edən şəxslər saxlanılıb

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "MediaPost"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Muraz Əzizov və Emin Əsədov Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 740 manat nağd pulu və kompüter avadanlığını oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlər departamenti

0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar