“Hamısı papa, mama, dayı şotuna!..” – Aktyordan sərt tənqid

Aktyor Kamran Ağabalayev incəsənət nümayəndələrinə mükafatların verilməsində qoyulan şərtlərə diqqət edilməməsindən şikayətlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə aktyor öz “Facebook” hesabında paylaşım edib.

“İncəsənət nümayəndələrinə verilən mükafatlar hansı kriteriya ilə verilir? Bu, tanış-tunuş, yoxsa dövlət kanalındakı təriflərdən asılıdır? Məsələn, pandemiya dövründə mükafat alan sənətkarlar nə ediblər, harada ediblər, necə ediblər? Elvin Adıgözəlin "Biləsuvar" filmi bir neçə A kateqoriyalı festivalın əsas yarışma bölməsində iştirak edib, Hilal Baydarovun filmi Venesiyada gücünü sınadı... Azərbaycanın adı hallandı hər yerdə, incəsənətimiz qazandı, amma demək ki, Biləcərini keçənlər ölkədə heç kimə maraqlı deyil?”,-deyə Kamran Ağabalayev bildirib.

Sənətçi Avropanın nüfuzlu festivallarında iştirak edənlərin heç bir mükafata layiq görülməməsini məntiqsiz hesab edib:

“Dövlət büdcəsi ilə Zabrata qədər gedə bilməyənlər mükafata layiqdir, amma sərhədləri keçənlər, avropanın nüfuzlu festivallarında iştirak edənlər yox? Adlarını çəkdiklərim nə əmim uşaqlarıdır, nə da dayım, ümumiyyətlə, nə əmim var, nə də dayım! Sadəcə gözlədim bəlkə kimsə nəsə yazar və ya deyər! Amma... İlahi ədalət deyə bir şey var yəqin!”.

Qeyd edək ki, mütəmadi olaraq eyriyyəçilik məqsədilə sərgilər təşkil edən rəssam Milena Nəbiyeva da bu məsələdə səssiz qalamamağı seçib. O, paylaşıma rəy bildirərək rəssamlar arasında da vəziyyətin ürəkaçan olmadığını diqqətə çatdırıb:

“Eyni sözü rəssamlıq dünyasında da deyə bilərəm, yaxşı rəssamlar qalıb kölgədə, cəmi 5 faizi layiqli ad alıb, qalan hamısı papa, mama, dayı, day-day şotuna!”.

0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar