Honda: "Özümü çarəsiz hiss edirəm"

"Neftçi"nin yaponiyalı ulduzu Keysuke Honda Myanmar və İsraildə baş verən son hadisələrə münasibət bildirib.

Sport7.az xəbər verir ki, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi tvitterdə bu iki ölkə ilə bağlı son xəbərləri izlədiyini yazıb. O baş verənlərə münasibətini belə bildirib: "İsrail və Myanmardan gələn son xəbərlərə nəzər yetirəndə bunları düşünməyə vadar oluram: "Qanun nədir? Din nədir? Həqiqi azadlıq nədir? Sadəcə, bu barədə düşünməkdə özümü çarəsiz hiss edirəm. İndi bunları sadəcə düşünürəm"

Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.
 
Sport7.az
0
64
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar