Hindistan BharOS adlı fərdi mobil əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş əməliyyat sistemi Hindistanın bir çox naziri tərəfindən artıq test edilib. Açıq mənbəli koda sahib BharOS Hindistan hökumətinin dəstəyi ilə JandK Operations Private Limited şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Layihə Hindistanın rəqəmsal müstəqilliyinin təmin edilməsi proqramı çərçivəsində reallaşdırılıb. Məlumatda qeyd edilib ki, BharOS-də əsas diqqət istifadəçilərin konfidensiallıqlarına və özəl məlumatarının qorunmasına ayrılıb.

Təəssüflər olsun ki, tərtibatçılar bu əməliyyat sisteminin bildirişlər ayarı, əsas ekran vidjetləri və s. kimi özəllikləri barəsində əlavə məlumat verməyiblər. BharOS-də öncədən quraşdırılmış tətbiqlər mövcud deyil. Kənar istehsalçıların və Google şirkətinin standart tətbiqlərini özündə birləşdirən Android-dən fərqli olaraq BharOS vasitəsilə çalışacaq smartfonların istifadəçiləri demək olar heç nəyə sahib olmayan əməliyyat sistemini və tətbiqlərin tələb etdikləri icazələrin tam şəkildə idarə edilməsi imkanını əldə edəcəklər. Bu isə o deməkdir ki, istifadəçilər məcbur şəkildə özlərinə məlum, lazım və rahat olmayan tətbiqləri istifadə etməli olayacaqlar.

İstifadəçilər BharOS-ə tətbiqləri PASS (Private App Store Services) adlı servisdən yükləyə biləcəklər. Bu servisə isə yalnız detallı analizdən keçmiş və təhlükəsizlik tələblərinə cavab verən tətbiqlər daxil ediləcək. Əməliyyat sistemi Android kimi online rejimdə yenilənəcək. Tərtibatçılar qeyd ediblər ki, yenilənmələr istifadəçilərin iştirakları olmadan smartfona yüklənir və quraşdırılır. Hal hazırda BharOS Hindistanın bir sıra müəssisələrində konfidensial məlumatlarla çalışan istifadəçilər üçün təqdim edilir.

Bleeping Computer saytının verdiyi məlumata əsasən 34 943 PayPal istifadəçisinin hesabı hack edilib. Bu məlumatı PayPal rəsmi şəkildə təsdiqləyib. Məlumatda qeyd edilib ki, hackerlər hesab məlumatlarının əvəz edilməsi sisteminə kütləvi kiberhücum reallaşdırmaqla buna nail olublar. Hesab məlumatlarının əvəz edilməsi avtomatik reallaşdırılan prosesdir və bu proses çərçivəsində saytdakı istifadəçi hesabına daxil olmaq üçün istifadəçinin öz şifrəsini qeyd etmiş olduğu digər saytlardakı məlumatlardan istifadə edilir. Buna görə də əgər istifadəçi bir çox servis üçün unikal vahid şifrəyə sahibdirsə, onun hesablarını hack etmək elə də çətin bir məsələ deyil. Bu hadisə bir daha onu göstərir ki, istifadəçilər müxtəlif saytlar və servislərdəki hesabları üçün müxtəlif növ şifrələrdən istifadə etməlidirlər.

Əks halda onların hesabları hackerlər tərəfindən rahatlıqla hack edilə bilər. Məsələ burasındadır ki, saytların çoxu PayPal və ya bank tətbiqləri kimi təkmilləşdirilmiş təhlükəsizlik sisteminə sahib deyillər. Faktiki olaraq adi saytların bu cür təhlükəsizlik sistemlərinə sahib olmaları da vacib deyil. Bu səbəbdən də bu cür saytlardan istifadəçi məlumatlarının oğurlanması o qədər də qəliz deyil. PayPal öz növbəsində kiberhücumdan zərər çəkmiş istifadəçilərini bu hadisə barəsində məlumatlandırıb. Şirkət həmçinin istifadəçilərinə iki faktorlu autentifikasiya imkanından istifadə etməyi və digər saytlardakı şifrələrini dəyişməyi məsləhət görüb. Qeyd etmək lazımdır ki, iki faktorlu autentifikasiya imkanının istifadə edilməsi bu cür kiberhücumların reallaşdırılmasının qarşısını alır.