Çinin "Sinovac" vaksini Türkiyədə də istehsal olunacaq

Çinin "Sinovac" peyvənd şirkəti Türkiyəyə istehsal lisenziyası verib.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu barədə "Sinovac" şirkətinin rəhbəri Yin Veidonq açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə də daxil olmaqla beş ölkəyə "Sinovac" peyvəndinin istehsal lisenziyası verilib. Yeni istehsalçı ölkələr: İndoneziya, Braziliya, Malayziya, Misir və Türkiyədir.

Yin bildirib ki, Braziliya, İndoneziya və Türkiyəyə əhalinin 20%-ni vaksinasiya etmək üçün peyvənd verilsə də bu yeterli olmayıb. Buna görə də peyvənd bu ölkələrdə də istehsal olunmalıdır.

0
282
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar