İranda 5.6 ballıq zəlzələ: Xəsarət alanlar var

İranın Şimali Xorasan ostanının Sənxast şəhərində 5.5 bal gücündə zəlzələ olub.

"MediaPost" “İRNA”ya istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:33-də, 16 km dərinlikdə qeydə alınıb.

İran Qızıl Aypara Cəmiyyətinin Xilasetmə və Yardım Təşkilatının rəhbəri Mehdi Vəlipurun sözlərinə görə, zəlzələ nəticəsində üç nəfər yaralanıb.

Hazırda qurumun xilasetmə və yardım qrupları zəlzələ qurbanlarına yardım üçün bölgəyə cəlb edilib.

Anara Mikail

0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar