İşlə bağlı şəhid ailəsinin üzvlərinə üstünlük veriləcək - Yeni qərar

İşsiz şəxslərin özünü məşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsinin üzvlərinə üstünlük verilməsini nəzərdə tutan prosedur qüvvəyə minib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası bununla bağlı “İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması”nda dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 260-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli 151s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Qeyd edək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 1 fevral tarixli qanuna əsasən, şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına daxil edilib. İşsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili təşkilizamanışəhid ailəsinin üzvlərinə üstünlük verilməlidir.

0
324
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar