İtalyanca danışan Azərbaycan

Müəllif: Emanuel Pietrobon

Coğrafi baxımdan bir-birindən uzaq, geosiyasi cəhətdən isə yaxın olan Azərbaycanla İtaliya iqtisadi sahədə də bir-birini tamamlayır. Son illərdə iki ölkə arasında simbiotik bağ yaranıb. Bu, həm də geosiyasi nöteyi-nəzərdən yeni imkanlar axtarışı kimi ortaya çıxıb.

Azərbaycan münasib qiymətə istənilən həcmdə enerji daşıyıcıları təklif edən ölkədir. O, 2013-cü ildən İtaliyanın da neft təchizatçısıdır. Bununla yanaşı, Azərbaycan həm də geniş çeşiddə mal ixrac edilə biləcək bazardır.

Bu gün Roma Bakının əsas ticarət tərəfdaşlarından biridir. Məlumdur ki, sosial-iqtisadi dəyişikliklərin yaşandığı indiki dövrdə o, iqtisadiyyatına xarici investisiyaların cəlbinə də çalışır. Hər halda, İtaliya Azərbaycanın sürətlə dəyişdiyi keçid dövründə orada ustalıqla özünə yer edə bilib.

Cəmi bir neçə gün əvvəl isə Azərbaycan neft sektorunun inkişafı istiqamətində növbəti mühüm addım ataraq, iki yeni müqavilə imzalayıb.

“Maire Tecnimont”dan böyük addım

İtaliyanın təbii qaynaqlar sahəsində tanınmış markası olan “Maire Tecnimont” şirkəti fevralın 3-də Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın törəməsi olan Heydər Əliyev adına Neft Emalı Zavodu ilə 160 milyon dollarlıq 2 müqavilə imzalayıb.

“Maire Tecnimont” Azərbaycan üçün tanış simadır. Bu şirkət orada dəyəri 1 milyard 600 milyon avrodan artıq olan, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş layihələrdə iştirak edir, bununla da ölkənin inkişafına, əhalinin rifahının qüksəlməsinə öz töhfəsini verir. Yeri gəlmişkən, Azərbaycanda 2020-ci ildə iqtisadiyyatın qeyri-enerji sektoru 12,5% böyüyüb. Bu isə həm də sənaye qruplarının fəaliyyəti ilə əlaqəlidir.

Yeni müqavilələrə gəlincə, imzalanma mərasimində “Maire Tecnimont” qrupunun İdarə Heyətinin sədri və əsas səhmdarı Fabrisio Di Amato, SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliyanın Bakıdakı səfiri Auqusto Massari də iştirak ediblər. Mərasimdə iştirak etmiş şəxslər, həmçinin müqavilənin dəyəri müqavilələrin nə qədər önəmli olduğunu göstərir. Bununla, “Maire Tecnimont” Cənubi Qafqazdakı yeganə neft emalı kompleksinin yenidən qurulması və modernləşdirilməsi kimi şərəfli işi öz öhdəsinə götürüb. Bu, sənaye qrupunun imicinə, Azərbaycan iqtisadiyyatına, hər şeydən əvvəl isə İtaliya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Sənaye qrupunun yaydığı press-relizdən aydın olur ki, sazişlər katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir. Sənədə əsasən, “Maire Tecnimont” işləri ən qısa zamanda, təxmini desək, 26-33 ay müddətində tamamlamalıdır.

Yalnız biznes yox, həm də dilomatiya

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın nümayəndə heyətini videokonfrans formatında qəbul da edib. Yəni fevralın 3-də sadəcə, hansısa müqavlə imzalanmayıb. Bu sənədlərin imzalanması ilə İtaliya “enerji diplomatiyası” ənənəsini davam etdirərək, Azərbaycanda mövcudluğunu daha da gücləndirib.

Azərbaycan prezidenti “Maire Tecnimont”un fəaliyyəti ilə yanaşı, Bakı ilə Roma arasında getdikcə daha da dərinləşən əlaqələrdən söz açıb. O, İtaliya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini söyləyib. “Görürük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevrilir. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”, - deyə president İlham Əliyev bildirib.

Dövlət başçısı artıq bir neçə İtaliya şirkətinin Dağlıq Qarabağın bərpa işinə dəvət olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu şirkətlərin daha da artacağını gözləyir.

Son məqam həqiqətən də Azərbaycanda İtaliyanın nüfuzunun göstəricisidir. Məsələ ondadır ki, Fransa şirkətlərindən fərqli olaraq, İtaliya şirkətləri bu prosesdə iştirak etmək üçün Bakıya müraciət ünsanlamayıb. Onlar bərpa-tikinti işlərinə şəxsən Azərbaycan prezidenti tərəfindən dəvət olunublar.

Nəhayət, Azərbaycanın dövlət başçısı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması üzərində iş getdiyini bildirib. O, hesab edir ki, gərgin iş gedərsə, universitet artıq bu il fəaliyyətə başlaya bilər.

Bəli, Azərbaycanın gələcək rəhbər işçiləri italyanca da danışa biləcək. Onlar bu təhsil müəssisəsində yetişəcəklər.

0
379
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar