Çiyələk yeyərkən zəhərlənə bilərsiniz

Bu meyvə həm uşaqların, həm də böyüklərin sevərək yeyilən giləmeyvələrdən biridir. 

Gent.az xəbər verir ki, bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.

 Çiyələyin faydaları ilə yanaşı düzgün istehlak edilmədikdə onun insan orqanizminə zərərli təsirləri də olur.

Doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşısını almaq üçün aşağıda sadalanan xüsusları nəzərə almaq lazımdır:

Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.

- Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.

- Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.

- Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə məhsul yeyilmədən atılmalıdır.

- İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.

- Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir.

- Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.(milli.az)

0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar