Jalə Əliyeva: Köhnə klonun yeni üzü - Cavid Qurbanova qədər olan məsafə

Millət vəkili Jalə Əliyeva parlamentin vitrin deputatlarından biri kimi mediaya kifayət qədər tanış, gerçək və aydın simadır. Gerçəkdən aydın və tanış! Füzulişünaslıqdan müdafiə edərək alimlik dərəcəsi alan 55 yaşlı Jalə Əliyeva 2005-ci ildən parlamentin üzvüdür.

Hökmdar saraylarından qaçan, rüşvət vermədiyinə görə bircə salamı belə alınmayan Məhəmməd Füzulidən müdafiə edib 4 dəfə deputat seçilmək nə qəribə möcüzə, nə sayaq hadisədir? Əcəba, Jalə xanım Füzulini yaxşı mənimsəməyib, yoxsa onun dəstəyi Füzulidən daha güclü olub? Mən Füzulini dərk edənlərin deputat seçilmək haqqının olmadığını da düşünmürəm.
Jalə xanım burada Füzulidən dissertasiya müdafiə edir, Füzulidən danışmaq çətin deyilmiş…
[img id=32482107]2020-ci ilin fevralında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləndə Məmmədovlar ailəsinin “deputat korpusu”na aid deputatların parlamentə düşməyəcəkləri ilə bağlı ümidlər var idi. Vəzifədən çıxarılandan sonra “hafizi Qurana çevrilən” Ziya Məmmədovdan, PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin ən yaxın adamlarından olan Elton Məmmədovdan söhbət gedir. Deyilənə görə, Jalə xanım vaxtilə E.Məmmədovun işçisi olub. Məgər bu ölkədə möcüzəvi halda deputata, sahibkara, baş həkimə, professora, direktora, nazir müavininə çevrilən az adam var? Bəli, Jalə Əliyeva bu şəbəkənin ən əsas, vitrin deputatlarından sayılırdı. Amma…
Sən demə, Məmmədovların vurulmasından sonra onların gücünü azaldığını görən J.Əliyeva özünə yeni himayəçi güc tapmağı da bacarıb. Jalə xanım artıq “Azərbaycan Dəmir Yolu” ASC-nin sədri Cavid Qurbanovun siyasi çətiri altındadır. Jalə xanımı C.Qurbanov himayə edir, qoruyur, Zərdab seçicilərini isə Allah…
Jalə xanım 2018-ci il sentyabrın 19-da C.Qurbanovun 60 illik yubileyinə “Bütün diyarlardan göyçəkdi ölkəm” başlıqlı məqalə yazmışdı. Məqalədən kiçik bir sitat: “Bəzən isə Cavid yaşam, ətrafda baş verənlər haqqında fəlsəfi düşüncələrə dalır, sanki daxilində özü-özüylə söhbət edərək, bu həyatın gərdişindən, enişindən-yoxuşundan baş açmağa çalışır, ikili standartlarla yaşayan dünyamızı qınayır, giley-güzar edir…”.
Elədir, Jalə xanım, elədir! Bu dünyada ikilistandartdan əziyyət çəkən iki şəxs varsa, onun biri mən, biri də Cavid müəllimdir.
J.Əliyeva ilə bağlı mövzuya toxunmaqda uzqvuran hədəfim yoxdur. Sadəcə mühüm məqamlara diqqət edək, biz Jalə Əliyeva kimi deputatlarla hara qədər və necə gedə bilərik? Niyə köhnə çərçivədən çıxa bilmirik? Ölkədə inandığınız, potensialı olan başqa kadr yoxdur?
Hələki Azərbaycan dövlətinin bütün ağırlığı şəxsən İlham Əliyevin çiyinləri üzərində dayanıb. Nazirlər talayır, başçılar oğurlayır, parlament susur, danışa bilmir, danışsa, özlərini rüsvay edirlər, xımır-xımır yeyirlər, siyas atmosferdə hayl-mayl olurlar. Belə parlament olar? Olmaz və olmur da! Hanı sizin yükünüz?
Niyə bizim qadın deputatlar, lap elə Jalə Əliyeva türkiyəli deputat Burcu Köksal qədər cəsarətli, Rümeysə Kadak qədər açıqsözlü ola bilmədi? Hörmətli Jalə xanım, arabir İlknur İncəözü dinləyin! Cəmi bircə dəfə Özlem Zengini dinləyin! Bəlkə düşünəsiz: bu xalq niyə sizi Ukrayna Ali Radasının deputatı Lyüdmila Marçenko qədər sevə bilmədi?
Yazıqlar olsun bizə! Regionda, ölkədə ciddi olayların baş verdiyi bir ərəfədə Jalə xanım mətbuata arıqlamağın yollarından, pəhrizdən danışırdı:İki ilə 30 kq arıqladım. Sadəcə yeməyi vacib işlər siyahısından çıxarmaq lazımdır. Mən bəzən bütün günü heç nə yemirəm. Vaxtım olanda çay, uzağı yanında balaca şirniyyatla kfayətlənirəm”.
Jalə xanım, bu ölkədə kasıba desən ki, yeməyi vacib işlər siyahısından çıxarmaq lazımdır, daş atıb adamın təpəsini yararlar. Qınamalı deyil axı. O kasıb yoxluqdan, siz isə arıqlamaq, daha gözəl görtünmək üçün yemirsiniz. Jalə xanımın 2013-cü ildə mətbuata verdiyi müsahibəyə qədər “qlamur” sözünün mənasını da bilmirdim. Bilənə lənət!
Söz-söhbət gəzir ki, yaxın vaxtlarda ölkədə referendum və parlament seçkiləri keçirilə bilər. Olsun! Amma biz illərlə deputat kürsüsünə pərçimlənən şəxslərdən dövlətin canınızı qurtarmalıyıq.
Danışa bilmirlər, danışsalar saytlarda dərc olunur. Vəssalam. Soruşsan. “mən tez-tez mediaada çıxı edirəm” deyəcəklər. Bizi divara qısnamayın, drməyin tupikə! Dünyaya çıxarın! Qoy Jalə xanım çantasını qoltuğuna vurub başqa ölkədə odlu-alovlu danışsın. Cəmiyyətinin nəbzini oynadan, zeyniyyətdə inqilablar yaradan təklif verib reallaşdırsın. Edə bilmirsə də, çıxıb getsin. Vallah, yorulmuşuq, 16 il bəs qədər vaxtdır. Olmadı, etmədi, edə bilmədilər.
Belələrinin necə deputat seçilməsi hər kəsə bəllidir. Jalə xanım bir gün gedəcək, amma onun necə mandat qazanması bu hakimiyyətin ayağına yazılacaq. Ümumi maraqları şəxsi maraqların əsirinə niyə çeviririk!? Jalə xanım 2020-ci il seçkilərində təbliğat-təşviqat prosesi zamanı kiminsə başına “papka” atan, kiminsə telefonunu əlindən alıb yerə çırpan adamlarına təşəkkür edirdi. Bəli, heç bir neqativ hadisə çəkmək olmazdı, çünki qutudan o çıxmalı idi:


Daha nələr eşitmədik, ilahi! 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd, Jalə xanımın rəqibi mətbuata belə bir açıqlama vermişdi: “Jalə Əliyeva saxtakarlıq edib. Milli Məclisdə danışdığı məsələ tamam başqa məsələ olub. Amma sonradan studiyada səsini yazdıraraq elə təqdim edib ki, guya Zərdabın problemini Milli Məclisdə qaldırıb. Və bunun üzərindən təbliğat aparır. Təsəvvür edirsiniz bu nə deməkdir? Bu, seçiciləri aldatmaq deməkdir. Buna başqa ad vermək olmaz. Gedib, studiyada səsini yazdırıb ki, guya Zərdabın Məlikli kəndinin problemini Milli Məclisdə qaldırıb”.
Qısası, hər kəs papağını qabağına qoyub fikirləşməlidir. Jalə xanımı deputat seçdirən C.Qurbanov da, digərləri də… Sabah günah keçisi axtarmayın!

Düz 25 il xalqın ikrah və lənət “məbədi”nə çevrilən Ramiz Mehdiyevə mədhiyyə deyənlər bu gün onu söyməklə məşğuldurlar. İndi hamı ondan üz çevirir, seçdirdiyi deputatlar da, vəzifəyə qoyduğu məmurlar da! Hər gün özünün qazdığı bir quyuya düşür, hələ əsl “konsert” qabaqdadır. “Heydər Əliyev Ordeni” sonsuza qədər onu xilas edə bilməyəcək. Bu ölkədə daha nə olmalıdır ki, ağlımızı başımıza yığaq!?
Klanlaşmada yer alan deputatlarla bəlkə vidalaşasınız? Buraxın, Jalə xanım gedib ali məktəbdə dərsini desin də! Ənənəvi çıxış, xırda maraq daşıyıcılarndan bezmədiniz? Müharibə də dərs olmadı?
Nə isə, Jalə xanım! Siz işinizdə olun, biz ağlımızı başımıza, papaqlarımızı qabağımıza yığana qədər…

Müəllif Samir FEYRUZOV
Mənbə https://www.proqnoz.com/article/az/22698

0
332
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar