Kolumbiyada toqquşmalarda 2 nəfər həyatını itirdi

Kolumbiyanın qərbində etirazçılarla polis arasında toqquşmalar nəticəsində azı 2 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu barədə “Qafqazinfo” “La FM” radiostansiyasına istinadən xəbər verir.

Onun məlumatına görə, insident bazar ertəsinə keçən gecə Yumbo bələdiyyəsi ərazisində baş verib. Etirazçılar bir neçə polis postuna hücum ediblər. Onların hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşması nəticəsində iki nəfər həlak olub. 28 nəfər, o cümlədən 6 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İstintaq başladılıb.

Aprelin 28-dən Kolumbiyada vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Kali, Boqota, Medellin və digər şəhərlərdə baş verib. 1 000-dən çox insan xəsarət alıb, azı 42 nəfər həyatını itirib. Bir müddət hökumət islahat planlarında dəyişiklik etməyə razılaşıb, maliyyə və dövlət kreditləri naziri Alberto Karraskilya istefa verib, lakin etirazlar davam edib.

0
144
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar