Madaqaskar prezidentinə sui-qəsd cəhdi 

Madaqaskar Prezidenti Andri Radzuelinaya sui-qəsd cəhdinin qarşısı alınıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hakimiyyət orqanları dövlət başçısına sui-qəsd cəhdinin qarşısını alıb. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.

 

Ölkə prokurorluğunun yaydığı məlumata görə, əməliyyat nəticəsində fransız mənşəli Madaqaskar sakini Pol Rafanoharana və Fransa vətəndaşı Filipp Fransua saxlanılaraq nəzarət altına alınıb. Pol Rafanoharana evində, Filipp Fransua isə Fransaya uçmağa cəhd edərkən yerli hava limanında həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar