May ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – TAM SİYAHI

Əvvəlki aylarda olduğu kimi may ayında da Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,55 avro (1,14 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,9 avroya (3,9 manat) satılır.
Avropa ölkələri arasında 2-ci sırada olan Azərbaycanda “Aİ-95" markalı benzinin 1 litrinin qiyməti 1 manat 25 qəpiyə (0,61 avro) bərabərdir.
Qeyd edək ki, ötən ay Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkədə - Belarus və Ermənistanda benzinin qiyməti yüksəlib. Aprel ayı ilə müqayisədə may ayında Belarusda “Aİ-95” markalı benzin 1,6%, Ermənistanda isə 6,3% artıb.
"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti may ayında aşağıdaki kimi olub:
Rusiya – 0,55 avro
Azərbaycan – 0,61 avro
Belarus – 0,62 avro
Ermənistan – 0,67 avro
Gürcüstan – 0,70 avro
Türkiyə - 0,71 avro
Ukrayna – 0,87 avro
Moldova – 0,95 avro
Bolqarıstan – 1,04 avro
Bosniya və Herseqovina – 1,08 avro
Rumıniya – 1,09 avro
Şimali Makedoniya – 1,09 avro
Polşa – 1,14 avro
Andorra – 1,15 avro
Albaniya – 1,18 avro
Sloveniya – 1,18 avro
Kipr – 1,21 avro
Macarıstan – 1,21 avro
Çexiya – 1,22 avro
Litva – 1,23 avro
Avstriya – 1,24 avro
Serbiya – 1,29 avro
Latviya – 1,30 avro
Monteneqro – 1,30 avro
Lüksemburq – 1,30 avro
Malta – 1,34 avro
İspaniya – 1,34 avro
Slovakiya – 1,35 avro
Xorvatiya – 1,36 avro
Estoniya – 1,39 avro
İslandiya – 1,40 avro
Böyük Britaniya – 1,42 avro
İrlandiya – 1,46 avro
İsveçrə - 1,52 avro
Belçika – 1,53 avro
Fransa – 1,54 avro
Danimarka – 1,55 avro
Almaniya – 1,55 avro
İsveç – 1,58 avro
Yunanıstan – 1,60 avro
Norveç – 1,61 avro
İtaliya – 1,62 avro
Finlandiya – 1,63 avro
Portuqaliya – 1,66 avro
Niderland – 1,90 avro

0
195
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar