Hazırda onurğanın degenerativ xəstəlikləri içində birinci yeri boyun problemləri tutur.
Xəstəlik gənc yaşlardan başlayır, tədricən gedir və onurğanın fəqərələrini tükədir.
Boyun ostexondrozu ona görə problem yaradır ki, o başı saxlayır, beyini qidalandırır.
O, baş beynin qan dövranını pozur, sinir sistemini geri salır. Baş beyinə qan getmirsə, beyin orqanizmə düzgün siqnallar göndərmir.
“Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim, manual terapevt Aleksandr Şişonin boyun ostexondrozu və yırtığının bilmədiyimiz fəsadlarından danışıb.
“Boyun bədənin həyatına yoldur, qapıdır, çünki beyinlə bədəni o birləşdirir. Boyunda ostexondroz hətta hormonal pozuntu belə yarada bilər.
Komputer və telefonlar yaranandan bu xəstəlik sürətlə gəncləşir.
Şəhər insanı saatlarla maşında, ofisdə əyləşir, boyun əzələləri gərgindir, fəqərələr sıxılıb.
Boyundan keçən əsas onurğa arteriyaları sıxılır.
Bizim boynumuz və ətraf əzələləri stress zamanı yığılır, spazm verir.
Beyin kökünü qidalandıran damarlar boyun onurğa sütunu içindən keçir. Bu həyati vacib damardır.
Ona görə hərəkətsiz boyun çox təhlükəlidir. Anatomik olaraq boyun ən çətin hissədir, ordan çoxlu damar, sinirmərkəzi keçir, əzələ korseti də ən çətinidir.
Boyun qədər çətin orqan, əzələ yoxdur. Orda dil, eşitmə, burun, gözlər, bütün hiss orqanları ordadır.
Boyunda olan spazm fəqərələrin stabilliyini pozur. Nəticədə beyin oksigen aclığı keçirir, hipotalamus ac qalır, xroniki oksigen çatışmazlığı beynin işini pozur. Müasir tibb boyunun bu rolunu ciddi nəzərə almır, müalicə metodları da zəifdir.
Məsələn, dopler həkimi boyun damarlarını yoxlayıb, rəy yazır ki, damarlar yaş dəyişikliklərinə uyğundur. Bu nə deməkdir? Yəni onların pozulması baş verib, barışmaq lazımdır?
Halbuki boyun damarları heç bir yaşda fərqli olmamalıdır. Təzyiqin, şəkərin birinci səbəbi 90% hallarda elə boyundandır. Həkimlər hər yeri yoxlayır, müalicə edir, boyundan başqa. Ona görə xəstələr illərlə dərmandan asılı qalır”.
Aygün Musayeva
Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrılardır.
Bakupost.az xəbər verir ki,məşhur həkim Aleksandr Myasnikov bel ağrılarını fərqləndirməyin yollarını danışıb.
Əgər ağrı əzələ mənşəlidirsə, adi analgetiklər, ağrıkəsicilər təsir etməyəcək.
Bu ağrılara spazm əleyhinə dərmanlar və xüsusi idman, masaj lazımdır.
Eləcə də çox insanlar bel, kürək ağrısı stress, həssaslıq, nevroz səbəbindən ola bilər.
Çünki bu adamlarda bədən daim sinir gərginliyi vəziyyətində olur, qan damarları sıxılır, təzyiq oynayır.
Belə ağrı boynun arxasından, kürəkdə nəbzvari vuran formada olur.
Digər ən çox rast gəlinən ağrı onurğa fəqərələri yırtığındandır. Bu ağrı adətən insan uzandıqda, yatdıqda hiss olunur.
Eləcə də getməyən, iynə dərmana tabe olmayan ağrı daxili orqanların patologiyasından ola bilər. Bu zaman yanaşı orqanlar MRT, KT olunmalıdır. Beldə davamlı ağrı 50 yaşdan yuxarı qadınlarda sümük əriməsi ilə də əlaqəlidir”.
Aygün Musayeva
BakuPost
Rusiyanın Kamensk-Ural vilayətində təcili tibbi yardım tarixində bir ilk yaşanıb.
“Medicina”xəbər verir ki, feldşerlər Ruslan Yarulin və Marina Novokreşenova yaşlı xəstə üzərinə çağırışa gediblər. Onlar pasiyentdə infartk aşkarlayıb, onu təcili yardıma daşımaq istəyərkən, sürücü də onlara kömək edib.
Uzun illərdir təcili yardımda işləyənsürücü xərəyi daşıdığı yerdə özünü pis hiss edib və başıgicəllənib.
Daha sonra huşu itən kişinin nəbzi dayanıb.
Həkimlər dərhal ona ilkin yardım göstərməyə çalışıb
Kliniki ölüm keçirən sürücü defibrilyatorla həyata qaytarılıb. 15 dəqiqə sonra o xəstəxanaya yerləşdirilib. Kişinin huşu yerinə gəlib.
Aygün Musayeva
Tibbi arayışların qiymətinin baha olması ilə bağlı səsləndirilən iddialara cavab verilib.
"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə.Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.
Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.
Bildirilib ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir:
"Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər İcbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.
Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.
Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur.
Məqsədimiz vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir. Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.
Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.
Arayışlar 1 ay müddətində etibarlıdır. Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur.
Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib" - açıqlamada qeyd edilib.
Qeyd edək ki, deputat Məlahət İbrahimqızı ötən gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında sağlamlıq arayışının qiymətinin baha olması məsələsinə toxunub:
“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq”.
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 vacib preparatı da daxil edir.
“Medicina” xəbər verir ki, bura korvalol, yod, aspirin də əlavə edilib.
Dövlət reyestrinə hökumət rəsmiləri 2023-cü ildə defisit olması riski olan 100 dərmanı və tibbi vasitəni daxil edib.
Siyahı 2022-ci ildən, Ukrayna ilə müharibə başlayandan Səhiyyə Nazirliyi səviyyəsində hazırlanmağa başlayıb.
Məqsəd vacib dərmanların defisitinin vaxtında qarşısını almaqdır.
Komissiya defisit olan maddələr, preparatların müvəqqəti olaraq ölkəyə başqa adda, qablaşdırmada və qeydiyyat olmadan gətirilməsinə icazə verəcək.
Məsələn, siyahıda ipuprofen, parasetamol, aspirin, prednizalon, bəzi vacib uşaq vaksinləri, lidokain, antibiotiklər, yod, korvalol, sakitləşdirici damcılar, nanə cövhər və s. var.
Bununla bağlı Duma qanuna da dəyişiklik edib, defisit zamanı əcnəbi dərman preparatlatının başqa qablaşdırmada, fərqli adda ölkəyə gətirilməsinə icazə verib.
Hazırda Moskvada zob xəstələri üçün vacib olan L trioksin, Eutirosk və revmatizm dərmanları çatışmır.
Aygün Musayeva
Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.
TƏBİB tərəfindən dövlət poliklinikalarında edilən qripə qarşı alternativ vaksin pulsuz əhaliyə tətbiq olunsa da, yeni Vaxigrip Tetraqiyməti özəl klinikada 50 AZN təşkil edir.
Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevainfluenza virusuna qarşı ağır qriplə mübarizədən danışıb.
"Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da çox müşahidə edilir. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlarqrip infeksiyasının ağırlaşması üçün risk qrupundadırlar. Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra qripdən və onun ağırlaşmalarından qorunmağın ən effektiv vasitəsi 4-lü qrip əleyhinəpeyvənddir.
Bu peyvənd qrip mövsümü başlamadan öncə, payızın əvvəllərində vurulmalıdır. Lakin insan qrip tutmamışsa və risk qrupundadırsa qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər. İldə bir dəfə Vaxigrip Tetra peyvəndi təkrar vurulmalıdır. Vaxigrip Tetranın hər il təkrarlanmasının 2 səbəbi vardır. Birinci səbəb peyvəndə bağlı immunitet zaman keçdikcə zəifləyir. İkinci səbəb isə qripə səbəb olan influenza virusu çox tez-tez mutasiyaya səbəb olur. Bu səbəbdən hər il yeni Vaxigrip Tetra əvvəlki mövsümdə görülən və epidemiyaya səbəb olan alt qruplar nəzərə alınaraq hazırlanır.
Vaxigrip Tetra peyvəndi 6 aydan kiçik uşaqlar, yumurta allergiyası olanlar, eləcə də daha öncə qrip peyvəndinə qarşı allergik reaksiyası olanlar üçün əks-göstərişdir. Həmçinin yüksək qızdırmalı xəstəlik zamanı bu peyvənd ilə vaksinasiya etmək məsləhət görülmür".
Yüksək təzyiq, daha çox sinə, kürək, baş tərəflərdə tərləmə, təngənəfəslik şikayətləri ilə həkim-fitoterapevt Fizuli Hüseynova müraciət edən 55 yaşında xəstə sağlamlığına qovuşub.
"Medicina" xəbər verir ki, həkim həmin xəstəni necə müalicə etdiyini açıqlayıb.
Bu qarışım və bitkiləri ürək, tənəffüslə bağlı problemi
3 kq yemişan meyvəsi: Axşamdan 3 stəkan qaynar suyu termosa töküb üstünə 2 xörək qaşığı yemişan meyvəsi qarışdırıb dəmləməli, növbəti gün gündə üç dəfə yeməkdən 1saat əvvəl bir stəkan içməli;
3 litr alma sirkəsi : 2 xörək qaşığı alma sirkəsini 3 stəkan suya qarışdırıb gündə üç dəfə yeməkdən 50 dəqiqə əvvəl bir stəkan içməli;
250 ml-lik 2 ədəd qarazirə yağı: Gündə üç dəfə yeməkdən 40 dəqiqə əvvəl bir çay qaşığı içməli;
5 qutu ud hindi kapsulu: Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 kapsul içməli;
Baş 3, kürək 8, bel 4 yerdən hicama etdirmək: Hicama 3 gün fasilə ilə 2 dəfəyə olmalıdır;
Zəli qoymaq: Zəli hicamadan 1 həftə sonra, həftədə 8 ədəd cəmi 48 ədəd qoymalı1) Boyun 8 2) Kürək 8 3) Kürək sol tərəf ürəyin üstü 5 sinə sol tərəf ürəyin üstü 3 4). Bel 8 5) Büzdüm 8 6) Boyun 4, kürək 4 yerdən qoymalı.
Aygün Musayeva
Xalq artisti Rasim Balayevin səhhətində problem yarandı
"Medicina" xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından ayrılan üzvlərlə bağlı əlaqə saxladığımız aktyorOLAY-a günlərdi işə getmədiyini bildirib:
“Mən neçə gündür işə getmirəm. Qripəm, xəstəyəm. Mənim münasibətim nə olacaq? Onlar başqa təşkilatdır, özlərinin daxilində gedən prosesdir. Mən nə deyim, bilmirəm”.
Bu gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə (TƏBİB) əməkdaşlar üçün vaksinasiya aparılıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar.
"Medicina" xəbər verir ki, İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.
İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır.
Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.
Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.
Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.
Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.
Türkiyəli aktyor Aydəmir Akbaş onda xərçəng aşkarlandığını açıqlayıb.
"Medicina"xəbər verir ki, bu barədə 86 yaşlı aktyor sosial media hesabında yazıb:
"Təqribən 15 gün davam edən müayinənin ardından xərçəng olduğumu öyrəndim. 10 il əvvəl də eyni xəstəliklə mübarizə aparıb qalib gəlmişdim. Ümid edirəm, bu dəfə də belə olar".
Qeyd edək ki, Akbaş 2018-ci ildə də qırtlaq xərçəngindən müalicə olunmuşdu.
127 filmdə rol alan aktyor 8 filmin rejissor kürsüsündə əyləşib, 33 ekran işinin isə ssenari müəllifidir.
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Bakupost.az xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Bu barədə Allahverdiyevanın həyat yoldaşı Baku.ws-ə açıqlamasında bildirib:
“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.
Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.
Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
Bakupost.az xəbər verir ki, Bakı şəhəri üzrə bu rəqəm 4862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır.
Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.
Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.
Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.
Elmi adı “Allium ursinum” olan xalyar bitkisi dünyada yabanı sarımsaq, "ayı soğanı" kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.
Xalyar demək olar normal sarımsağın xüsusiyyətlərinə malikdir. Ancaq ikisini müqayisə edəsi olsaq, "ayı soğanı" daha güclü otdur. Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var.
"Ayı soğanı"nın faydalı tərəflərindən biri də təzyiqi aşağı salmasıdır. Qan damarlarını açan, antibakterial və göbələk xəstəliklərinə qarşı effektiv təsir göstərən xalyar, böyrəkləri və su yollarını da tənzimləyir.
Məlumata görə, ayılar qış yuxusundan oyanan kimi mədə-bağırsaq və qanlarını təmizləmək üçün bu bitkini axtarırlar.
Qeyd edək ki, Azərbaycanda isə bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur. Hətta bu bölgələrin mətbəxinə aid olan “xalyar” adlı yemək növü də var. Yeməklərin yanında turşu kimi də təqdim edilir. Yarpaqlarını isə müxtəlif növ salatlarda da istifadə etmək mümkündür.
Əsas məsələ bitkini bazardan alarkən mütləq təzə olduğuna diqqət etməkdir. Buna səbəb xalyar yeni-yeni çıxdıqda boyu 10 sm-ə qədər uzanır və elə bu formada da yeyilir. Xalyar “nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aid olduğu üçün bir az çətin tapılan bitkidir. Hazırda yerli bazarlarda kilosu 25 manata satılır.
Pilləkın çıxarkən qərinə yorğunluq, təngnəfəslik hissi nəcislə mütəmadi və zəif qan itkisi səbəbindən ola bilər.
“Medicina” xəbər verir ki, həkimlər bəzən bu simptomun bağırsaq xərçəngindən ola biləcəyini deyir.
Kolorektal xərçəng onkologiyada ölüm faizi yüksək olan 4-cü ağır formadır. Ona görə bu xəstəliyi ilk mərhələdə tapmaq mütləqdir.
Onkoloq Andrey Vorobyev bağırsaq xərçənginin qəribə əlamətini açıqlayıb:
“Nəcisdə qan, daim dəyişiklik, ishal, qəbizlik, çəki itkisi, qarında ağrı, qara nəcis- bunlar artıq yayılmış simptomlardır.
Bu xəstələrdə nəcisdə gizli qan itkisi olduğu üçün anemiya yaranır.
Ona görə onlar pilləkən qalxanda, fiziki iş görəndə tez yorulurlar, tövşümə olur. Doğrudur belə hallar qanazlığı, ürək-damar problemlərində də olur. Amma yaşlı adamlarda bağırsaq problemi də istisna olmamalıdır.
Bu adamlar nəcisdə, tualetdə hətta qan görməyə də bilərlər. Çünki bu qan gizli gedir, analizi də nəcisdə gizli qan izləri adlanır.
60% hallarda bu xəstələrdə bağırsağın tam və qismən keçməməzliyi yaranır, bağırsaq tam boşalmır”.
Aygün Musayeva
Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və kimdən yoluxduracağı məlum deyil
Medicina.az kişinin cinsi infeksiyaya artıq yoluxduğunu göstərən bir sıra əlamətləri qadınların diqqətinə çatdırır.
Cinsi orqan ətradı, xayalar, yan və ətrafında bu əlamətlərə diqqət:
Axinti – ağ, qatı, sarı, yaşımtıl
Sızanağa bənzər yaralar, qabarcıqlar, suluqlar, xora kimi yaralar
Dərinin yumru qabarması
Qaşınma, ağrılı qaşınma
Şişkinlik, qızartı
Qasıq üzərində
Ləkələr
Cinsi orqanlarda ağrı, discomfort, cinsi əlaqə və sidik zamanı ağrı, sancı
Əgər kişi özünü şübhəli aparırsa, simptomlara diqqət yetirməyə qoymursa, əlaqədən sonra dərhl hamama qaçın dəqiqələrlə orda qalırsa, alt paltarını gizlədirsə, özü yuyursa, qorunmasız əlaqəyə üstünlük verdiyi halda, artıq qoruyucuya üstünlük verirsə, deməli, cinsi infeksiyaya yoluxduğunun fərqindədir, lakin müayinə və müalicəyə ya getmir, ya da hələ yeni başlanılıb.
Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.
Qəza nəticəsində 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri -1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.
Həbsdə olan Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı vəkil Rövşanə Rəhimli yayıb:
“Bir az əvvəl Bəxtiyar Hacıyevlə görüşdüm. Aclığı davam etdirir. Dünən axşam səhhəti qəfil pisləşib. Baş gicəllənməsindən sonra nəfəs darlığı olub və kəskin əzələ ağrıları hiss edib. Həkimin dediyinə görə Bəxtiyarın səhhətindəki problem beyinlə əlaqəlidir və çox güman ki, beyində proseslər gedir. B.Hacıyev bu gün KT, MRT və EKQ müayinəsindən keçmək üçün rəsmi müraciət edib”.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.
Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfindən təyin olunmalıdır. Çünki hər kəsin fərdi diş quruluşu və diş əti var. Bunların həkim tərəfindən təyin olunmağı məsləhət görülür.İnsanlar çox zaman market və satışdan fırçanı, diş məcununu özü seçir, gözünə xoş gələni alır.
Bu fikirləri həkim stomatoloqRamil Yusubov "medicina.az"-a açıqlamasında bildirib.
“Bəzi pasiyentlərdə dişin emalı normal, qalın, bəzilərində isə həssas, incə və zədəli olur.Fikir versəz, istehsalçılar diş fırçasını 3 müxtəıif formada buraxır: yumşaq, orta və sərt.
Məsələn, sərt fırça ilə yuduqda diş əti geri çəkilə bilər, emal qatında aşılanma gedə bilər. Amma bəzi pasiyentlərə əksinə daha sərt fırça lazımdır ki, diş daşları qalmasın.
Pasiyentlərdə diqqət etdiyim digər problem dişlərin düzgün fırçalanmamasıdır. Normal diş fırçalama müddəti 3- 5 dəqiqə olmalıdır. Bu 5 dəqiqə ərzində dişin bütün səthləri ön hissə, dil üstü, çökək səthlər hamısı fırçalanmalıdır.Lakin çoxları yalnız ön bölgəni təmizləyir, digər bölgələrə isə vaxt sərf etmək istəmirlər. Nəticədə dişlərin üzərində kariyes, çürük əmələ gəlir və diş daşları yığılır.”
Həkim insanları ən çox narahat edən diş daşları ilə mübarizəyə də toxunub:
“Diş daşlarının yığılmasını ən çox aşağı ön dişlərdə müşahidə edirik. Bunun nəticəsində də diş əti xəstəlikləri yaranır. Diş əti xəstəliklərindən ilk növbədə gingivit çox yayılıb.
Məhz bu xəstəlik diş ətində diş daşlarının yığılması nəticəsində meydana gəlir. Beləliklə, diş əti qızarır, şişkinləşir və toxunduqda qanaxma baş verir. Pasiyentlərin ən çox şikayətlərindən biri fırçalama zamanı dişin qanamasıdır.
Müayinə zamanı diş daşları varsa, həkim tərəfindən təmizlənməlidir. Bunu pasiyentin özünün təmizləməsi mümkün deyil. Çünki diş daşları sərt olur. Nə qədər sərt fırça seçilsə belə təmizlənməsi çətindir. Ağız gigiyenası üçün diş məcunu seçimi də vacibdir. Bəzi diş məcunlarının içərisində mina aşılayıcı maddələr varki, bunlar diş daşlarının yaranmasının qarşısını alır. Yenə təbii ki, həkim tərəfindən ağız boşluğu müayinə olunmalıdır. Ağız boşluğunda diş daşlarının yaranması maddələr mübadiləsi və ya digər səbəblərdən yaranırsa, həkimin ona aşılayıcı tərkibli ağardıcı məcun təyin etməyi daha məsləhətdir.
Mina qatı zəif olan pasiyentlərdə diş daşlarının yaranması daha az olur. Onlara diş ağardıcı, mina aşılayıcı diş pastalarından istifadə etmək məsləhət deyil. Çünki dişlər həssaslaşır və gələcəkdə dişlərin isti-soyuqdan ağrıma halları baş verə bilər. Bu halda biz pasiyentə ftor tərkibli pastalar məsləhət görürük. Ağız boşluğunun gigiyenası üçün ağız yaxalayıcılardan da istifadə olunmalıdır.
Tərkibində xlorheksidin olan ağız yaxalayıcıları var ki, ağız boşluğundakı patogen mikrofloranı məhv edir. Bunun nəticəsində ağız boşluğunda yaranan pis qoxuların, diş daşlarının, diş əti xəstəliklərinin və digər problemlərin yaranmasının qarşısını alır. Diş ətinin sağalmasını sürətləndirir və ya proses gedirsə qarşısını almağa kömək edir".
Əfsanə Rəcəb
Azərbaycanda LOR həkimə qeyri-adi travma ilə pasiyent gətirilib.
Medicina.az xəbər verir ki, LOR cərrah Qəhrəman Qəhrəmanov gənc oğlanı müayinə edib. Məlum olub ki, gəncdə qırtlaq qapağının bir hissəsi yoxdur. Əsas hissəsi dağılıb, çox kiçik hissəsi qalıb.
Xəstənin anası bildirib ki, illər öncə, oğlu yaş yarımlıq olanda evdə partlayış səsi eşidərək yuxarı qaçıb və uşağın ağzından qara tüstü çıxdığını, eləcə də tünd qara qara maye axdığını görüb.
Əlini ataraq ağızda partlamış Duracell batareyasının qalığını çıxarıb.
Həkim xəstənin əməliyyat olunaraq, estetik bərpaya ehtiyacı olduğunu bildirib. Batareyanın içindəki qatran kimi maye qırtlaq hissəni yandırıb.
“Əgər qırtlaq bərpa olunmasa, yemək qırtlaqdan nəfəs borusuna düşə bilər. Bu da həyati təhlükəlidir. Qidaları çox yumşaq, sulu qəbul etməlidir. Bu oğlana əsgərliyə getməyi də məsləhət görmürəm”.
Aygün Musayeva
Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib.
"Medicina" xəbər verir ki, Qırğızıstan Milli Məclisinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Milli Məclisin Daxili Nizamnaməsi komitəsində “cinsi zorakılığa” görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun müzakirə edilib.
Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin sözügedən komitəsində qəbul edilib.
Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasını nəzərdə tutduğunu bildirib.
Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, məhbusun azadlığa çıxmasına 6 ay qalmış axtalanmasını təklif edib.
Təklif Assambleyanın Baş Assambleyasında müzakirə edildikdən sonra təsdiq olunarsa, qanuna çevriləcək./publika.az/
“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir”.
"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, bu müddət bitəndən sonra baş, göz, qulaq ağrısı hələ də müşahidə edilirsə, bu bakterial infeksiyalaşma sayılır.
“Bu zaman həkimə müraciət etmək və düzgün müalicə almaq lazımdır”.