Məktəbi idarəetmənin eksküliziv aspektləri adlı kitab nəşr olunub

Ümumtəhsil müəssələrinin rəhbərləri və onların müavinləri üçün nəzərdə tutulan vəsaitin layihə rəhbəri, təhsil üzrə tanınmış ekspert Nadir İsrafilovdur. Kitab ilk dəfə "Legion” nəşriyyatı tərəfindən Rusiyanın Təhsil və Elm Nazirliyinin sifarişi əsasında çap olunub.
Mektebgushesi.az -ın əməkdaşı ilə söhbətində Yeni nəşr olunmuş kitabla bağlı Layihə rəhbəri Nadir İsrafilov fikrini bölüşüb. Kitab, 5 fəsildən 19 yarımbaşlıqdan ibarətdir. Ümumtəhsil müəssələrinin rəhbərləri və onların müavinləri üçün nəzərdə tutulub.
Müstəqilliyimizin ilk illərindən başlayaraq keçən 30 il ərzində davam edən təhsil islahatları bir daha göstərir ki , ölkəmizdə təhsil sisteminin təhsili inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemlərinin səviyyəsinə çatdırılmasə üçün, təhsilin bütün pillələrində olduğu kimi ümumi təhsil pilləsində də idarəetmə və pedaqoji, o cümlədən tədris-köməkçi heyətin peşəkarlığı əsas şərtlərlərdən biridir.
Məhz buna görə də hər bir ölkənin təhsil sisteminin keyfiyyət səviyyəsini müəyyən edən əsas kriteriyalardan biri də, həmin ölkədə təhsilverənlərin peşəkarlıq səviyyəsidir. Ölkəmizdə 5000-ə yaxın (4472-onlardan – 4447-si ümumi təyinatlı ümumi təhsil məktəbləridir) ümumi təhsil məktəbindən cəmi bir neçəsi ( özəl sektora aiddir) beynəlxalq təhsil proqramları ilə təhsili həyata keçirtməklə ,Avropa modeli üzərində fəaliyyət göstərir.
Dövlət mülkiyyətində olan bütün ümumi təhsil müəssələri isə sovet məktəb modeli ilə fəaliyyət göstərsələr də , həmin model üzrə idarəetmə ilə bağlı ölkəmizdə elmipedaqoji araşdırmalar və metodik vəsaitlərlə bağlı ciddi çətinliklər, çatımamazlıqlar var. Bu boşluğu aradan qaldırmaq məqsədi ilə MDB məkanında, xüsusi ilə Rusiya Federasiyasında ümimi təhsil məktəblərinin rəhbər işçiləri üçün zaman-zaman çap olunmuş vəsaitləri tərcümə edərək sizlərin istifadəsinə vermək qərarına gəldik. İlk olaraq Rusiya Təhsil Akademiyasının həqiqi üzvü(akademik), pedaqoji elmlər doktoru, professor M. M. Potaşnikin ümumtəhsil müəssələrinin rəhbər işçiləri üçün yazdığı "Məktəbi idarə etmənin eksklüziv aspektləri” əsərini təqdim edirik.
Qısa müddətdə hazırladığımız bu kitabı oxuduqdan sonra fikir, və düşüncələrinizi ,kitabda verilmiş dəyərli ideyaları rəhbərlik etdiyiniz və ya edəcəyiniz məktəblərdə necə tətbiq edəcəyinizlə bağlı təkliflərinizi [email protected] elektron ünvanına yazıb göndərməyinizi xahiş edirik. "Təhsil və İdarəedici" seriyası ilə çap olunacaq bu vəsaitlər hal-hazırda işləyən məktəb direktorları, direktor müavinləri, sinif rəhbərləri, metodistlər(fənn metodbirləşmə rəhərləri), təhsili idarəetmə orqanlarında çalışan əməkdaşlar, müəllimlər, eləcə də gələcəkdə bu vəzifələrdə çalışmaq istəyənlər üçün, həmçinin pedaqoji istiqamətdə təhsil alan tələbələr üçün gərəkli bir vəsaitlər olacağına inanıram.

0
596
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar