Məşhur futbolçu karyerasını "Çelsi"də bitirmək istəyir

Karyerasını "Şanxay Şanqan"da davam etdirən Oskar karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Offsideplus.az "talkSPORT"a istinadla xəbər verir ki, 29 yaşlı braziliyalı karyerasına vaxtilə şərəfini qoruduğu "Çelsi"də son qoymaq istəyir: "Çelsi"də çox yaxşı günlərim keçib. Düşünürəm ki, karyeramı başa vurmaq üçün ən ideal klubdur. Bu klub mənə böyüməkdə, arzularımın həyata keçməsində, Çempionlar Liqasında oynamaqda, İngiltərə çempionu olmaqda çox kömək etdi. İndinin özündə də klubda çox sayda dostlarım var. Ən böyük arzum yenidən "Çelsi"yə qayıdıb, karyeramı orda bitirməkdir".

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2012-ci ilin yayından 2017-nin yanvarına qədər "zadəganlar"ın şərəfini qoruyub.

0
367
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar