"Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə düşərsə 15,64 milyon avro qazanacaq.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Plzen "Viktoriya"sına qalib gəlib ÇL-nin qrupuna düşsə qazanacağı hər oyuna görə 2,8 milyon avro gəlir əldə edəcək. Heç-heçə isə "Qarabağ"a 930 000 avro vəsait qazandıracaq.
"Qarabağ" pley-off mərhələsində məğlub olarsa, 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Çempionlar Liqasının qalibi 20 milyon avro, ikinci yer sahibi isə 15,5 milyon avro ilə mükafatlandırılacaq.
Milli.Az
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Milli.Az-a bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
"Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir".
Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.
Milli.Az
Rusiyada Samarada 12 yaşlı məktəbli qız anasına və kiçik bacısına bıçaqla hücum edərək onlara çoxsaylı ağır xəsarətlər yetirib.
Milli.Az bildirir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.
Hadisə avqustun 10-da səhər saatlarında qızın ailəsi ilə birlikdə yaşadığı Molodejnaya küçəsindəki yaşayış binasında baş verib. Xəsarət alan qadının 39, kiçik qızının dörd yaşı var. İndi onlar reanimasiyadadırlar, həkimlər həyatları üçün mübarizə aparırlar.
Hücumun motivləri araşdırılır. Hücum edən qızın valideynlərinin 2021-ci ildə boşandığı məlum olub.
İrfan Vəliyev
Milli.Az
Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Milli.Az
İki gün əvvəl Lənkəran rayonunda iki gəncin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Səpəkəran kənd sakini, 23 yaşlı Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi "VAZ 2107" markalı 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil digər minik avomobili ilə ötüşüb.
Belə ki, taksi fəaliyyəti göstərən 1999-cu il təvəllüdlü F.Əliyev digər taksi ilə Lənkərana gedən yolun Vel kəndindən gedən hissəsində ötüşərkən həmin avtomobil Farizin sürdüyü maşını sıxıb. Bu zaman saatda 130-140 kilometr sürətlə hərəkət edən avtomobillərin bir-birinə yüngül toxunması qəzaya səbəb olub. Nəticədə F.Əliyevin sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq Vel sakinlərindən birinin həyətinin dəmir darvazasına çırpılıb. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti olduqca ağır qiymətləndirilir.
Bildirilir ki, qəzada vəfat edən sərnişin Ruslan Hüseynzadə şirkətlərin birində mühafizəçi işləyirmiş.
Hadisə şahidləri bildiriblər ki, qəzadan sonra tamamilə yararsız vəziyyətdə olan avtomobilin spidometri 130-un üstündə dayanıbmış və bu da kəndin daxilində avtomobillərin həddən artıq sürətlə hərəkət etməsini göstərir.
O da bildirilib ki, qəzadan bir neçə saniyə sonra Vel kənd sakini öz evinin həyətindən içəri daxil olub və az sonra avtomobil böyük zərblə onun həyət qapısına çırpılıb.
Qeyd edək ki, hadisə vaxtı F.Əliyevin maşını ilə ötüşən digər avtomobilin sürücüsü müəyyən edilib və həmin avomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az
Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyi" mövzusunda keçirilən konfransdan sonra aparılan müzakirələrin mahiyyətindən tamamilə məlumatsız olan bir qrup "klassik" və "yeni" media falçılarının yuxuyozmaları yenə dünyanı başına götürüb... Bəs, "amandır, qoymayın, Azərbaycanda mediaya qarşı elə medianın ən müxtəlif seqmentlərinin iştirakı ilə hücum kampaniyasına başlanılır. Asacaqlar, kəsəcəklər, biçəcəklər..." Bəziləri hətta sevincək olub yaradacaqları bəhanələr səbəbindən alacaqları qrantların boş...ovuclarına hopmuş qoxusunu dərin bir həsrətdən doğan acgözlüklə nəfəslərinə çəkərək, sosial şəbəkələrdə bir statusluq, yaxud bir rəylik "fırtına" qoparmağı da unutmayıb...
Əslində nə baş verib Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransda? Fərqli baxışlara sahib peşəkar media subyektlərinin təmsilçilərinin, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası görəvlilərinin, Bakı Dövlət Universitetinin müəllimlərinin, ekspertlərin iştirakı ilə açıq, səmimi və bütövlükdə söz və ifadə azadlığının qorunmasına xidmət edən, çoxsaylı faydalı təkliflərin səsləndirildiyi, medianın inkişafına, cəmiyyət, dövlət və media kontekstində qarşılıqlı etimadlı münasibətlərin formalaşmasına xidmət edən təşəbbüslərin irəli sürüldüyü müzakirələr aparılıb. Heç bir süni maneə və məhdudiyyət olmadan...
Konfransda iştirak edənlər müzakirə olunan məsələlər və səsləndirilən fikirlərlə bağlı zatən məlumatlıdırlar... Hər halda bəzi iştirakçıların gerçəklikdən uzaq mülahizələri, subyektiv qiymətləndirmələri ilə tanış olanadək belə düşünürdüm. Amma görünür yön və mövqe dəyişməyə alışmış bəziləri bunu həyatlarının və peşə fəaliyyətlərinin bütün istiqamətlərinə elə tətbiq ediblər ki, Məşədi İbad demişkən, bir növ adətkərdə olublar. Hətta ehtiyac duyulmadığı təqdirdə belə, bir neçə saat ərzində bir neçə dəfə "yer" və yön dəyişirlər.
...Hər halda yaddaşlarında qısaqapanma baş verməyən konfrans iştirakçıları müzakirələrin hansı istiqamətdə getdiyini, hətta Baş Prokurorluq rəsmilərinin sosial mediaya münasibətdə bəzi peşəkar media subyektlərinin rəhbərlərindən dəfələrlə dözümlü bir yanaşma sərgilədiklərini unutmayıblar. Təfərrüatına varmayacağam. Və mənə görə, media mənsubu olmaq, heç də "ağzının horrasını" harada və necə gəldi "boşaltmaq" deyil. Nə isə... Son nəticədə hər kəs öz vicdanı qarşısında cavabdehdir.
Konfransın təməl qayəsi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasında peşəkar media subyektlərinin rolunun artırılmasından ibarət olub.
Sosial mediada hökm sürən xaos barədə fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübədən nümunələr gətirilib, ictimai və hüquqi tənzimləmə mexanizmlərinin paralel tətbiqinin mümkünlüyü barədə danışılıb.
Durum hər kəsə bəllidir. Ola bilsin ki, kimlərsə sosial mediada hökm sürən özbaşınalıqdan, təhqir, söyüş, böhtan, qarayaxma və linç kampaniyalarından, insanları, hətta intihar həddinə çatdıran neqativ təzahürlərdən, hüquqa, əxlaqa, birgəyaşayış qaydalarına və bütün bəşəri dəyərlərə zidd davranışlardan narahat deyil, əksinə bütün bunları virtual və real həyatlarında yaşamayanda əndişələnirlər. Yaxud vaxtilə özünü mediada peşəkarlığın ölçü vahidləri hesab edənlər, artıq nəinki milli, heç mikrometr də olmadıqlarını başa düşürlər və bununla hesablaşa bilmirlər. Ola bilsin...
Amma sözügedən konfransda aparılan müzakirələrin, bütün bunlara da heç bir aidiyyatı yox idi. Qarşıya da mikrometrlərdən millimetr, millimetrlərdən santimetr... yapmaq kimi bir məqsəd də qoyulmamışdı...
Ümumiyyətlə, ön və arxa məqsədsiz, yaxına, yaxud uzağa hesablanmış strategiyasız-filansız fikir mübadiləsi aparılırdı... Vəssalam! İndi bütün bunlardan kimlərinsə "qarnına ağrı düşübsə", səbəbsiz ağrılarını sosial şəbəkələrin "divar"larında klassik primitivizmin eybəcər nümunələrinə çevirmədən öncə ciddi düşünmələrini tövsiyyə edərdim. İnsan münasibətlərinin, birgəyaşayış qaydalarının estetikasını pozmaq olmaz! Bunun alternativi cəmiyyəti ictimai ayaqyoluna çevirməkdir. Və bu məsələdə seçim sizin deyil.
Elçin Mirzəbəyli
Milli.Az
Xalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, ATV-də yayımlanan "Günün sədası" verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb.
Belə ki, müğənni bildirib ki, "Nə olar Allahım" mahnısında çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:
"Onu deyə bilərəm ki, "Nə olar Allahım" mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim" deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da ailəsini də çox istəyirəm. ( Gəzərkən yolda gülləri görüb gülümsəyir )
Mən gülləri çox sevirəm. Hətta öz bağımda hər cür gül yetişdirirəm. Mənim "qadın xoşbəxtliyi" adlanan gülüm də var. Mənim keyfim olmayanda həmin güllər solur. Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Mənə qarşı olan bu qədər sevgi-xalq sevgisi məyər qarşılıqsızdır? Onda mən nankor olaram ki,..."
Xalq artisti əməliyyat etdirən insanlar barəsində də danışıb:
"Əməliyyat etdirən insanlar da 2 cür olurlar. Bəziləri sadəcə öz istəkləri üçün edirlər. Bəzilərinə isə həqiqətən lazımdır. Hətta ehtiyacım olanda mən də gedəcəm. Mən əməliyyat etdirməmişəm. Etdirsəm bunu hamı biləcək. İndi jurnalistlər eşidəcəklər ki, "Nazpəri xanım əməliyyata girəcək." ( gülür)
Aparıcının "Niyə mühafizəçi ilə gəzmirsiz"? sualına isə müğənni belə cavab verib:
"Müğənninin konsertində mühafizəçi olar. Amma belə sağımda biri, solumda biri gəzdirmək sevmirəm. Qəti şəkildə ona ehtiyac görmürəm. Cangüdən tutmaq mənim üçün ayıb olar. Əgər biri məni öldürmək istəsə, əminəm ki, onun yan-yörəsindəki insanlar buna icazə verməyəcəklər. Sənətə gələndə bir sənəti qorumaq , bir də insanlığı qorumaq lazımdır. Xalqımızı və musiqimizi qorumalıyıq. Cangüdənə isə heç vaxt ehtiyac yoxdur. Hətta yadıma gəlir ki, mən Zaqatalada konsertdə olan zaman, bir oğlan özünü səhnəyə atıb məni qucaqlamaq istədi. Hətta musiqiçilər də qorxdular ki, birdən mənə zərər yetirmək istəyər. Sonra oğlanın ürəyi getdi. İnanın mənə zərər gəlsə də, sevgidən gələn zərərə də razıyam".
Milli.Az
Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.
Milli.Az xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.
Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.
Qeyd edək ki, Laçında yaşayan ermənilər "Azadlıq" radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.
Milli.Az
Hə beləliklə, əziz səyahətsevərlər, AZAL-ımızdan daha bir şad xəbər: avqust ayından Nyu-Dehliyə birbaşa reys açılır. Yəni, Rac Kapur və Aishwarya Rai-nin pərəstişkarları, "Disko rəqqasəsi" və "Zita və Gita" xəyalınız daha da əlçatan oldu: inanılmaz Hindistan cəmi bir neçə saatdır!
VİZA VƏ AVİBİLET
Viza onlayn olaraq https://indianvisaonline.gov.in/evisa/Registration səhifəsindən əldə edilə bilər və 50 ABŞ dolları üstəgəl rüsumlar ödəməlisiniz. Gediş-dönüş biletləri AZAL tərəfindən 1200-1300 manat civarında satılır ki, bu da indiki qiymətləri və məsafəni nəzərə alsaq, ucuzdur. Uçuşdan əvvəl COVID-19 ilə bağlı ən son məlumatları buradan oxuyun: https://www.azal.az/az/information/covid-india.
AEROPORTDAN ŞƏHƏRƏ NECƏ GETMƏK
İndira Qandi Hava Limanı, şəhərdən 17 km uzaqdadır. Əgər yükünüz yüngüldüsə, avtobus və ya metrodan istifadə edə bilərsiniz, 60-70 yerli rupiyə (1-1,2 dollar) başa gələcək, ancaq nağd və yerli valyutada. Şəhərə gedən yol təxminən 50 dəqiqə çəkəcək. Ancaq baqajınız varsa, taksi tutmaq daha yaxşıdır, 65-70 dollar civarındadır.
HARADA QALMAQ
Bu, Hindistana səyahət edərkən ən vacib sualdır, xüsusən də bu ölkədə ilk dəfə olsanız. Səs-küylü küçələri, insan izdihamı, nəzarətsiz trafiki ilə bu nəhəng metropolda qalmaq üçün yeri düzgün seçməyiniz vacibdir. Azərbaycanlıların turist kimi üstünlük verdikləri məqamları nəzərə alaraq deyə bilərik ki, otelə qənaət etməyin, Yeni Dehli və ya Cənubi Dehli ərazisində məskunlaşın. Baxmayaraq ki, Mərkəzi Dehlidə bizim üçün əla otellər, istirahət və əyləncə yerləri, xüsusən də şəhərin biznes rayonu və bir çox turistik yerlər, amma Yeni Dehli ərazisində daha çox park, bulvar və ticarət mərkəzləri var, Britaniyanın təsiri özünü göstərir. Otellər bir az daha bahadır, lakin səs-küy və trafik çox azdır.
Cənubi Dehli ərazisi rahatlığa və rahat bir tətilə dəyər verənlər üçün uyğundur, lakin eyni zamanda əsl orijinal Hindistanı görməyəcəksiniz. Beləliklə, seçim sizindir.
Çox sayda otel olduğunu və onların minlərlə olduğunu nəzərə alsaq, cibinizə və seçimlərinizə uyğun bir şey seçmək çətin olmayacaq. Qonaq evlərində qalmayın, abadlıq və təmizliyə fərqli baxışlarımız var, yuxarıda qeyd olunan ərazilərdə 3 və ya 4 ulduzlu otel daha yaxşıdır. Baxmağa çox tənbəl deyilsinizsə, onda gündə 40-50 dollara çox yaxşı bir otel tapa bilərsiniz - Yeni Dehli Mumbaydan fərqli olaraq ucuz bir şəhərdir.
NƏYƏ BAXMALI
Yeni Dehliyə Qoada çimərlik tətili üçün və ya Delhi-Agra-Jaipurun qızıl üçbucağını ziyarət etmək üçün gəlməmisinizsə, onda görməli olduğunuz yerlərin minimumu budur.
Mərkəzi hissə
Bu ərazidə Qırmızı Qala, Şah Cahanın özü tərəfindən qırmızı qum daşından tikilmiş Moğol dövrünə aid qala, Məhəmməd peyğəmbərimizin ayaqqabıları və saçlarının yerləşdiyi Cama Məscidi şəhərinin əsas məscidi kimi qədim tarixi yerləri var. Və ümumiyyətlə, məşhur Köhnə Dehlinin özü burada yerləşir.
Bu, dar küçələri, səs-küylü ticarət mərkəzləri, anlaşılmaz xaotik nəqliyyatı, köhnə sökük evləri və mağazaları ilə əsl turist Klondaykdır. Bu, öz qanunları və sərəncamları ilə keçmişə qayıdışdır. Şəhər daxilində şəhər kimidir, çox təmiz deyil, çox iyli deyil, amma Şahcahanabadı görməmisinizsə, Hindistanı görməmisiniz, deməkdir.
Yeni Dehli
Bu ərazi, mərkəzi hissədən fərqli olaraq, daha baxımlı və hətta deyə bilərik ki, prospektləri, parkları, ticarət mərkəzləri ilə Britaniyalaşmışdır, lakin burada da görmək üçün bir şey var. Məsələn, burada Birinci Dünya Müharibəsində əbədi məşəllə həlak olmuş hind əsgərlərinin şərəfinə ucaldılmış dünyaca məşhur Hindistan qapısı var. Eləcə də 16-cı əsrdə böyük Moğollardan biri padişah Humayunun şərəfinə tikilmiş Humayun türbəsi.
Yeni Dehlinin bu hissəsi həm də çoxsaylı bankları, şirkət ofisləri, bahalı restoranları və mağazaları ilə məşhurdur.
Cənubi Dehli
Bu, qədim və indiki dövrün simbiozudur, burada bir neçə sultan nəsilləri tərəfindən tikilmiş Hindistanın ən hündür minarəsi (72 metrdən çox) olan məşhur Qutub Minar kompleksi var. Qar kimi ağ mərmərdən tikilmiş Lotus məbədi isə minlərlə turisti və bəhai zəvvarını buraya cəlb edir, çünki bu, təkcə Hindistanda deyil, həm də qonşu ölkələrdə bu dinin davamçılarının əsas məbədidir.
Və təbii ki, Hindistanın hələ də hinduizm ölkəsi olduğunu nəzərə alsaq, böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına düşən Akşardham məbədini ziyarət etməmək mümkün deyil, 12 hektardan çox ərazisi var. O, "Tanrının köçürülməsi mümkün olmayan iqamətgahı" adlanır və Yamuna çayının sahilində yerləşir. Hindu tanrısı Vişnunun qalıqları burada saxlanılır, ona görə də zəvvarların axını tükənməzdir. Ziyarət etmək istəyirsinizsə, unutmayın ki, əsas məbədə giriş pulsuzdur, lakin bütün kompleksin turu bazar ertəsindən başqa bütün günlərdə 2,5 dollara başa gəlir.
Yeni Dehlidə bir çox simvolik yerlər və attraksionlar var, lakin Chandni Chowk bazarını necə ziyarət etməmək olar, əsl Hindistan buradadır, bu simvolik nöqtədir.
Tac Mahala ekskursiya
Hindistana gəldikdə, dünyanın möcüzələrindən birini - Tac Mahalı görmək üçün Aqraya getməmək heç doğru deyil. Turu həm otelin qəbulunda, həm də şəhərdə turizm agentliklərindən almaq olar. Nəqliyyat növündən, insanların sayından, bələdçinin mövcudluğundan asılı olaraq, qiymət 160-330 dollar arasında dəyişə bilər və səyahət təxminən üç saat çəkəcək. Amma o zaman böyük Moğol imperatoru Şah Cahanın həyat yoldaşı Mümtaz Mahala olan məhəbbətini mərmərdə necə təcəssüm etdirdiyini görəcəksiniz!
NƏ YEMƏK
Hind mətbəxinin populyarlığı onun çoxlu ədviyyatların ət (lakin mal əti deyil), toyuq, tərəvəz, paxlalı bitkilərlə birləşməsindədir. Məsələn, karri bir yemək deyil, ətirli və ədviyyatlı, bişmiş, bəzən çox ədviyyatlı, düyü və ya yastı çörək ilə təqdim olunan müxtəlif yeməklərin bütöv bir qrupudur. Dal - Hindistanda və turistlər arasında ən populyardır, mərci və ya noxud püresi şorbası, ədviyyatlar, zerdeçal, sarımsaq ilə. Bəzən limon suyu ilə hindistan cevizi südündə bi.irilir, lakin həmişə çox dadlı və çox ucuzdur.
Hindistanın ənənəvi yeməyi biryanidir, quzu, toyuq və ya tərəvəz ilə, onlarla ədviyyatlı, çox vaxt acı bibər ilə gözəl düyü plovudur. Nəzərə alın ki, hindlilər ədviyyatlı yeməkləri sevirlər, ona görə də mədə probleminiz varsa, həddindən artıq yeməyin.
NƏ GƏTİRMƏK
Turistlər çox keyfiyyətli və ucuz yerli toxuculuq malları, sarafanlar, təmiz pambıq paltarlar gətirməyi xoşlayırlar - bir neçə qəpiyə başa gəlirlər. Əlbəttə ki, dünyanın ən yaxşı çayı, ədviyyatları, kaşmiri, kosmetikası və efir yağları da bu siyahıdadır. Adi bazardan satın alınsa belə, həm çox ucuz, həm də kifayət qədər yüksək keyfiyyətlidir.
ŞƏHƏRDƏ NECƏ HƏRƏKƏT ETMƏK
Yeni Dehlidə həm təmizliyə, həm də qiymətə görə ən çox tövsiyə olunan nəqliyyat növü metrodur - 8 rupi. Ancaq hər halda, sadəcə sizə lazım olan əraziyə çatırsınız, sonra isə ya avtobus (3 rupidən, lakin izdihamlı) və ya velosiped rikşası (30 rupidən, lakin çox yavaş, sadəcə turist marağı üçün). Bir taksi 5 rupidən olduqca ucuzdur, lakin son qiymətə razılaşdığınızdan əmin olun.
"Turisti aldat" oyunu Hindistanda çox populyardır, ona görə də Uber və ya Ola proqramları vasitəsilə taksi sifariş etmək daha yaxşıdır. Nəzərə alın ki, bir çox "daşıyıcı" sizi bu və ya digər mağazaya sürükləməkdə maraqlıdır, buna görə də qətiyyətli olun.
BİLMƏLİYİNİZ GƏRƏKƏNLƏR
Birincisi, bir şey alarkən, bazarlıq etməyinizə əmin olun, onlar hədsiz baha bir qiymət deyə bilərlər. İkincisi, sanitar normaların ən ciddi şəkildə yerinə yetirilməsinə, su ilə xüsusilə diqqətli olun, yalnız şüşə su alırlar. Mümkün qədər tez-tez dezinfeksiya edin, bu mütləq lazımdır. Üçüncüsü, heç vaxt dilənçilərə yaxınlıq verməyin, əks halda onların sayı eksponent olaraq artacaq.
Ən əsası, bir çox qeyri-adi şeylərə (bəzən bizim eşitmə və qoxumuza xoşagəlməz) baxmayaraq, Hindistan mehriban insanlara, zəngin tarixə və beş min illik mədəniyyətə malik gözəl ölkədir. Bu ölkəni özünəməxsus orijinallığı və çoxəsrlik ənənələri ilə olduğu kimi başa düşmək və qəbul etmək lazımdır!
Həmişə gəzməkdə!
AviaTravel
Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az
Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.
Xarici sərhədlərini də yad ölkənin hərbçiləri qoruyan yoxsul və "izqoy" Ermənistanın ordu nəyinə gərək? Erməni politoloq: "Nə Qərb, nə də Rusiya bizə görə Türkiyə və Azərbaycanla münaqişəyə girməyəcək..."
Bəzi qlobal güclərin əlində oyunca olmağa davam edən kapitulyant Ermənistan başına gələn faciələrdən dərs götürməyə tələsmir. Bunun əksinə o zaman əminlik hasil edəcəyik ki, mazoxist erməni toplumu da, onun iqtidarlı-müxalifətli siyasi kəsimi də, KİV-ləri də bütünlüklə sülh gündəminə köklənsin. Xam xəyallarla yaşamasınlar. Bu isə hələ ki gözə dəymir.
Doğrudur, qonşu ölkədə, ümumən ermənilər arasında ara-sıra rasional elementlərə malik çıxışlar, çağırışlar səslənir. Lakin bu, aparıcı, dominant xarakter daşımır. Gerçək belədir ki, Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları dərhal, "xain", "Türkə satılan" elan edilir. Müşahidə edilən həmçinin budur ki, ermənilər özlərinə yazıq görkəmi verməklə indi də Qərb-xristian dünyasının Azərbaycana qarşı real dəstəyini alacaqlarına sadəlövhcəsinə ümid bəsləyirlər...
"Əgər biz belə bir seçim qarşısındayıqsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, Qarabağı qurban verməyə məcburuq".
"Yeni Müsavat"ın məlumatına görə, bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru, politoloq Beniamin Poqosyan yerli mediaya müsahibəsində bildirib.
Poqosyanın iddiasına görə, Ermənistan hərbi şantaj və müharibə ilə hədələnir. "Azərbaycanı qəzəbləndirməmək üçün biz indi hər cür qəti addımlardan qaçırıq. Əgər Ermənistan belə bir seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, ya Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək zorundayıq", - deyə o vurğulayıb.
Digər erməni politoloq Stepan Danielyan facebook səhifəsində yazır ki, artıq postsovet məkanında komplementarizm dövrü arxada qalıb, Azərbaycan üçün isə "qızıl ulduz saatı" dövrüdür.
"Postsovet məkanında komplementarizm dövrü arxada qalıb. ABŞ və Rusiya arasında dolayı yolla müharibə gedir. İndi ya Rusiyanın yanındasınız, ya da Rusiyanın əleyhinəsiniz. Təbii ki, heç kim seçim etmək istəmir, amma məcburdur. Hazırda nə Qərb, nə də Rusiya Türkiyə-Azərbaycanla münaqişəyə girməyəcək, çünki hər ikisi bundan böyük ziyan görə bilər. Türkiyə fürsətlər sərhədində oynayır, Azərbaycan üçün isə bu, "qızıl ulduz saatı"dır və o, bundan maksimum istifadə edəcək. Ermənistan isə zəif həlqədir və onun hesabına başqaları öz problemlərini həll edir", - deyə Danielyan qeyd edib.
Əslində Ermənistan böyük siyasətdə "zəif həlqə"dən daha çox, daima bu və digər xarici gücün əlində "maşa" rolunda olub. Növbə ilə. Guya bununla qonşulara qarşı özünün əsassız ərazi iddiasını təmin edəcək, "miatsum" hədəfinə çatacaq. Lakin arzuları imkanları ilə həmişə tərs mütənasib olduğundan, bu cırtdan və iddialı toplum bir qayda olaraq, acınacaqlı nəticələrlə üzləşib. "Birdəfəlik əlcək" kimi istifadə olunaraq tullanıb.
Erməni xalqının hazırkı fəlakətli durumu bunu öz-özlüyündə əyani göstərir. Demək, belə böhrana, ağır vəziyyətə düşməmək üçün məntiqlə ən əvvəl erməni siyasi isteblişmenti, erməni ziyalı və ekspert kəsimi baş verənlərdən dərs götürməli, paslanmış və heç nəyə yaramayan iddia və taktikadan həmişəlik imtina eləməli və bir də "köhnə dırmığın dişləri" üzərinə ayağını basmamalıdır.
Əfsus ki, 44 günlük müharibədən sonra da bunu müşahidə eləmərik. Kapitulyant ölkədə ara-sıra eşidilən bəzi pozitiv notlar istisna olmaqla, müşahidə olunan budur ki, erməni ictimai-siyasi fikri, "miatsum"dan, "Böyük Ermənistan" xülyasından tam imtina eləməyib, daha doğrusu, öz xəstə iddialarını sadəcə, "dincə qoyub", bir azca fasilə veriblər. Yəni təzədən toparlanıb əvvəlki iddialara qayıtmaq üçün fürsətlər, imkanlar, resurslar axtarışındadırlar. Söhbət ilk növbədə işğalçı ordunun təzədən bərpasından gedir.
Xəstə təfəkkürə diqqət edin: özünü guya ermənilərin ağıllı başlarından sayan politoloq Poqosyan deyir ki, "əgər Ermənistan seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək məcburiyyətindəyik".
Sual: Qarabağ nə vaxtdan sizin olub ki, onu Ermənistan naminə hələ bir qurban da verəsiniz?! Ermənistan qalsa da, yox olsa da, Qarabağdan imtina eləmək zorundasınız! Yəni yenə sağalmayan "Böyük Ermənistan" xəstəliyi...
Nə yaxşı ki, mövcud regional və qlobal şərtlər ermənilərin irili-xırdalı bütün sərsəm arzularının üstündən yağlı xətt çəkir. O sırada yeni ordunun qurulması ən azı yaxın və orta perspektiv uçub istisnadır. Çünki kapitulyant ölkənin minimum səviyyədə özünü bərpası, hərbi güc əldə edib ayağa qalxması üçün yetərli maliyyə potensialı yoxdur, blokada rejimi davam etdikcə gözlənilmir də. Bunsuz isə normal ordu qurmaq, ən müasir, 4-cü, 5-ci nəsil silahlar almaq qeyri-mümkündür.
İrəvanın ən çox güvəndiyi Rusiya da daha öz satellitinə ucuz qiymətə və ya havayı, keyfiyyətli silahlar vermək, ordu qurmaq imkanında deyil, olmayacaq. Rusiyanın başı hələ uzun müddət Ukraynada aldığı və alacağı ağır "yaraları yalamağa", xeyli dərəcədə sarsılmış hərbi potensialını bərpa eləməyə qarışacaq.
Qısası, zaman əsla ermənilərə işləmir. Bunu anlamaq üçün dərin siyasi savada ehtivaya yoxdur. Erməni xalqının bədbəxtliyi də normal idraka malik siyasi liderin yoxluğundadır. Ki, onu başa salsın ki, xarici sərhədlərini belə başqa dövlətin - Rusiyanın qoruduğu 2 milyonluq, yoxsul və balaca ölkəyə ordu gərək deyil. Polis qüvvələri olsa, yetər. Axı kim ona hücum eləməyə hazırlaşır? Heç kim. Yetər ki, Ermənistan yad torpaqlara göz dikməkdən əl çəksin, qonşu dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Qonşuluqda özünü qonşu kimi aparsın, terrorçu dövlət, vəhşi qəbilə kimi yox!
Azərbaycan üçün isə artıq fərq eləməz. İrəvan Bakı ilə 5 məlum prinsip əsasında ya böyük sülh müqaviləsi imzalayacaq, ya da imzalayacaq! Əks təqdirdə, nələr olacağı gərək ki, xain qonşulara məlum olsun. Biz xəbərdarlığmızı eləmişik.
O halda Ermənistan adlı qondarma dövlətin öz taleyi gündəmə gələcək. Onu bu dəfə nəinki Rusiya, Qərb (ABŞ) və Avropa da xilas edə bilməyəcək. Bu, Ermənistan və onun hələ də "yuxudan ayılmayan" xəyalpərvər xalqının öz varlığını saxlamağının ən axırıncı şansıdır. "Hərb, yoxsa sülh" seçimi onundur...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.
Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.
Daha sonra "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.
Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.
Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
11 fevral 2022-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İsmayıllı rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilmişdir.
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Milli.Az
Türkiyəli müğənni Demet Akalın stilist Anar Ağakişiyevlə Bodruma istirahətə gediblər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Akalın vizajistlə birlikdə günəş vannası qəbul edərkən çəkilən görüntülərini instaqramda paylaşıb.
Demet, "Anar, iki aydır Bodrumdayam. Amma gələn-gedən, çiçək, şokolad gətirən yoxdur. Amma səni görən kimi hər şey dəyişdi" deyərək Anara səslənib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Ötən günlərdə ailə quran biznesmen Nida Büyükbayraktar və türk müğənni Petek Dinçöz haqda maraqlı fakt üzə çıxıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, iş adamı Dinçözün uşaqlıq eşqi imiş.
Sənətçi instaqram hesabında həyat yoldaşı ilə illər əvvəlin fotosunu paylaşaraq "Mən 17 yaşında, sən 26. Bizimki bir sevgi hekayəsidir..." sözlərini qeyd edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
"Rusiyanın Ukraynadakı şəxsi heyəti üçün tələbatı və ixrac sifarişlərini yerinə yetirməsi ehtimalı çox aşağıdır. Buna səbəb Qərbin sanksiyalarının artan təzyiqləridir".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
"Belarus bu yaxınlarda yeni yerli təkmilləşdirilmiş T-72B əsas döyüş tankının (MBT) təfərrüatlarını açıqlayıb. Belarus, ehtimal ki, bu alternativ həlli daha əvvəl Rusiyanın dövlət şirkəti UralVagonZavod ilə müqavilə bağladığı MBT modifikasiyası üçün hazırlayıb. Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Ancaq hazırda Kremlin hərbi sənaye potensialı ciddi təzyiq altındadır".
Məlumata görə, Ukraynadakı müharibə Rusiya silahlarının imkanlarının kifayət qədər olmadığını üzə çıxarıb: "Beləliklə, bu ölkənin hərbi sənayəsi sarsılıb".
Milli.Az
Böyük Britaniyada qəribə hadisə baş verib.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Kristofer və Peter adlı şəxslər eyni qadınla evli olduqlarını öyrəniblər. Məlum olub ki, Karen adlı qadın Peter adlı bəylə evlənəndən qısa müddət sonra Kristofer adlı şəxslə də ailə qurub. Qadın ikinci dəfə evlənərkən, ilk həyat yoldaşından boşanmayıb. Qadın bu vəziyyətdən istifadə edərək, ilk həyat yoldaşının bank hesabındakı pulları xərcləyib. Məsələnin üstü ikinci həyat yoldaşının diqqəti ilə açılıb. Kristofer məsələni öyrənəndən sonra boşanma iddiası qaldırıb. Qadının ilk həyat yoldaşı da oxşar iddia qaldırıb. Kristofer və Peter məsələnin üstü açılandan sonra dost olublar.
Milli.Az
Məqaləyə dair fotomateriallar: