Mingəçevirdə şəhid Atiq bulağının açılış mərasimi olub - FOTOLAR

Mingəçevirdə şəhid Atiq bulağının açılış mərasimi olub.
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhidlər bizim sahib çıxacağımız ən dəyərlilərimizdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvən yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır. Şəhid valideyinləri də həmişə istəyirlər ki, onların övladları unudulmasın, yad edilsin, həmişə xatirələrdə yaşasınlar. Şəhid Atiq Ariz oğlu İbrahimovun nəinki valideyinləri hətta onu tanıyanlar, qohum-qonşu, iş yoldaşları, dostları qəhrəman şəhid Atiqlə qürur duyduqlarını deyirlər.

Yeniavaz.com xəbər verir ki, bu gün şəhidin yaşadığı ünvanda onun adına salınmış Atiq bulağının açılış mərasimi olub. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra dövlət himni səsləndirilib.
Açılış mərasimində qazilər, şəhid anaları, gənclər, məktəblilər, şəhidin ailə üzvləri, yaxınları, doğmaları, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən İdman, Turizm və Dövlət qulluğunun veteranı, Dövlət qulluğunun müşaviri, şəhər ağasaqqalı Bayram Mustafa bildirdi ki, 44 günlük vətən savaşında öz canını vətənin azadlığında qurban vermiş şəhidlərimizin, qazilərimizin göstərdikləri müstəsna şücaətlər nəticəsində torpaqlarımız azad olundu: "Bu müharibədə neçə-neçə say seçmə oğullarımız itirdik, eyni zamanda bu gün xatirə bulağının açılışında iştirak etdiyimiz şəhid Atiq Ariz oğlu İbrahimov da torpaqlarımızın azad olunması uğrunda canından –qanından keçib. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin".

Atiq bulağının açılışında iştirak edən qazilər də çıxışlarında şəhidlərimizin qanının yerdə qalmadığını, həmin torpaqlarda bayrağımızın qürurla dalğalandığını qeyd ediblər.
Bulağın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən və ağ örpək götürülüb və bulağın üstünə tər çiçək dəstələri düzülüb.
Qeyd edək ki, Atiq İbrahimov işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarından sonra könüllü kimi cəbhəyə yollanıb və düşmənə qan uddurub. Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 16-da şəhid olub. Atiq İbrahimov ölümündən sonra “Vətən uğrunda“ medalı ilə təltif olunub.


Esmira Hidayətova, Mingəçevir

0
200
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar