• Şikayət et

Morata ilə bağlı qərar verildi

“Yuventus” “Atletiko”dan icarəyə götürdüyü Alvaro Moratanı “Barselona”ya buraxmayacaq.
 
AzxeberSport saytının məlumatına görə, İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri hücumçunun komandadan getməsinə qarşı çıxıb.
 
Bu üzdən də turinlilər 29 yaşlı forvardın yerinə yeni hücumçu axtarışına başlamayıb. Morata bu qərardan narazı qalıb. Çünki ispaniyalı yenidən La Liqada çıxış etməyi planlaşdırır. “Yuventus” Alvaronu “Atletiko”dan alıb-almamaqla bağlı qərarını yayda verəcək.
 
Qeyd edək ki, hücumçu cari mövsümdə 25 oyunda 7 qol vurub.
Mənbə:
0
1134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar