“MuğanBank” dollarda olan əmanətin ödəniş faizini qaldırıb

“MuğanBank” ASC fiziki şəxslər üçün təqdim etdiyi “Avans”, “Optimal+” və “Meqa” əmanət məhsulunun illik faiz dərəcəsinə dair şərtləri dəyişib.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, Bank manatda olan “Avans” depozitin faiz dərəcəsini 10%-dən 9%-ə qədər azaldıb.

Yalnız manatla təqdim etdiyi “Optimal+”un faizlərin ödənilməsi şərtini dəyişib. Belə ki, 12% ilə təqdim etdiyi depozitin faizlərin ödənilməsini aylıqdan müddətin sonuna dəyişdirilib.

ABŞ dolları ilə müştərilərindən cəlb etdiyi depozitlərin aylıq ödəniş şərti ilə faiz dərəcəsini 2.0%-dən 2.5%-ə yüksəlib.

0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar